Daha bir ölkə “Avroviziya 2027”dən İMTİNA ETDİ
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Niderland 2027-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirakdan imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin ictimai yayım şirkəti NPO məlumat yayıb.
Qərarın İsrailin müsabiqədə iştirakı ətrafında cəmiyyətdə yaranan həssas müzakirələrlə əlaqədar qəbul edildiyi bildirilib.
NPO-nun media direktoru Yurre Bosman qeyd edib ki, İsrailin iştirakı cəmiyyətdə müxtəlif reaksiyalara, mübahisələrə və fikir ayrılıqlarına səbəb olur. Yayımçılar Şurası ilə məsləhətləşmələrdən sonra şirkət növbəti müsabiqədə iştirak etməmək qərarına gəlib.
NPO-nun icraçı sədri Jet de Ranits qərarın Niderlandda müsabiqənin bir çox pərəstişkarını məyus edəcəyini etiraf edib. Bununla belə, o vurğulayıb ki, ölkənin ictimai telekanalları “Avroviziya”nı yayımlamağa davam edəcək.
Onun sözlərinə görə, hazırda müsabiqədə iştiraka qayıtmaq barədə danışmaq hələ tezdir.
Şirkət müzakirə olunan məsələlərin həssaslığını nəzərə alaraq, müsabiqədə iştirakdan müvəqqəti uzaqlaşmaq qərarı verdiyini bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Oktyabr 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















