Icma.az
close
up
RU
7 teatr rəhbəri yenisi ilə ƏVƏZLƏNDİ Tamaşaların keyfiyyəti ARTACAQ?

7 teatr rəhbəri yenisi ilə ƏVƏZLƏNDİ Tamaşaların keyfiyyəti ARTACAQ?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər mədəniyyət sahəsində aparılan kadr islahatları gündəmin ən çox müzakirə olunan mövzularındandır. Paytaxtda və bölgələrdəki teatrlara yeni direktor və müavinlərin təyinatı mədəniyyət cameəsində diskussiyalar yaradıb.
Maraqlıdır, eyni vaxtda yeddi teatr rəhbərinin işdən çıxarılıb yenisi ilə əvəzlənməsi nə ilə bağlıdır? Bu dəyişikliklər teatrların fəaliyyətinə, tamaşaların keyfiyyətinə müsbət təsir göstərəcəkmi? Mədəniyyət adamlarının bu islahatlardan gösləntisi nədir?
Bizim.Media mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə ilə həmsöhbət olub:
- Sözümün əvvəlində mən teatr direktorunun funksiyasına, görəvinə bir aydınlıq gətirmək istərdim. Bu şəxs teatrın maraqlarının dövlət və bələdiyyə orqanları qarşısında təmsilçisi kimi teatrın bütün fəaliyyətinə rəhbərlik edir: yəni teatrda işin təşkili, teatrın şöbələri arasında əlaqələrin optimallaşdırılması, yaradıcı prosesin ideala yaxın bir axarda davam etməsi, maddi-texniki bazanın təminatı, maliyyə məsələləri birbaşa direktorun vəzifələrinə daxildir və üstəgəl daha nələr, nələr, nələr...
Odur ki, bu, heç də asan bir vəzifə deyil: teatr direktoru kimi çalışmaq üçün teatr bilgisilə yanaşı, həmin şəxs çoxsaylı vərdiş və bacarıqlara malik olmalıdır.
Teatrın mövcudluğunun maddi təminatçısı direktordur. Azərbaycan teatrı isə yarandığı gündən ta üzü bu yana həmişə maliyyə baxımından sıxıntılar keçirib; teatra əlavə maliyyə cəlb etmək hər zaman çətin olub. Bu, indinin özündə də aktualdır və teatr menecmentinin zəifliyinin əlamətidir. Görünür, yeni təyinatlar da elə bu məsələlərlə bağlıdır və bu işi tamam yeni bir səviyyəyə yüksəltmək məramı güdür.
Amma və lakin... və bununla belə... məni bu təyinatlar zamanı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin vəzifəsindən azad edilməsi şaşırdı. Ola bilsin ki, mən nələrisə kökündən bilmirəm, bu yöndə bir çox məsələlərdən də xəbərim yoxdur. Ancaq onu deyə bilərəm ki, Musiqili Komediya Teatrının Musiqili Teatra çevrilməsi kimi çətin bir prosesə rəhbərlik edən insan məhz böyük təşkilatçılıq təcrübəsinə malik Ə.Lalayev oldu, teatrın repertuar siyasətini dəyişdi, teatrda müxtəlif rejissorların fərqli-fərqli pyeslərlə özlərini sınamasına, müxtəlif nəsil nümayəndələrinin özünü sərbəst ifadəsinə imkan yaratdı.
Sözümün canı bu ki, hər deyəndə belə bir direktor tapmaq mümkün olmur, hansının ki həm teatr rejissurasından başı çıxsın, həm də təşkilati məsələlərdə yetərincə çevik və mobil olsun.
Hərçənd mən bir daha təkrar etməyi vacib sayıram ki, Mədəniyyət Nazirliyinin gördüyünü və bildiyini, hansı arqumentlərlə məsələyə yanaşdığını mən bilə bilmərəm.
- Bu təyinatlar teatr sahəsində hansı müsbət dəyişikliklərə səbəb olacaq?
- Bunu zaman göstərəcək. Bir də bu yeni təyin olunmuş teatr direktorlarının iş keyfiyyətlərinə yaxından bələd deyiləm. Hərçənd vurğulamalıyam ki, Aqil Bəhramlının Gəncə Dövlət Milli Dram Teatrında fəaliyyətilə bağlı müxtəlif adamlardan yalnız müsbət fikirlər eşitmişəm. Ancaq buna rəğmən, bir parantez açmaq istərdim.
Düşünürəm ki, tarix boyunca Azərbaycanın bölgə teatrlarının ən istedadlı nümayəndələrinin Bakı teatrlarına gətirilməsini düzgün saymıram. Mən hətta Mehdi Məmmədovun vaxtilə Gəncə teatrından Bakıya dəvət edilməsini də məqbul hesab etməmişəm. Çünki bu sayaq addımlar bölgə teatrlarını zəiflətməklə bərabər, onların özgüvənini də azaldır. Nə üçün də Azərbaycanın bölgə teatrları İngiltərə, Pribaltika, Rusiya və Polşada olduğu kimi uğur qazanıb da özgür sənət hadisələri kimi dünya teatr mədəniyyəti üfüqlərində görünməsinlər?
Axı bir dəfə biz Şəki teatrının nümunəsində bunu yaşamışıq: Hüseynağa Atakişiyevin Şəkidən Milli Dram Teatrına baş rejissor gətirilməsi heç də Azərbaycan teatr mədəniyyətinin xeyrinə olmadı və Şəki teatrında bir çöküş yaşatdı. Gəncə Dövlət Milli Dram Teatrı da çağdaş teatr mühitində bir sıra sənət parametrlərinə görə yüksələn qrafik nümayiş etdirirdi. Heç şübhəsiz ki, Aqil Bəhramlının oradan alınması Gəncə Teatrının yaradıcı kollektivini yetərincə etkiləyəcək.
- Yeri gəlmişkən, son günlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ətrafında baş verən proseslərə münasibətinizi bilmək istərdik. Yəqin xəbərdarsınız, "şəhidlərə hörmətsilzik" iddiası, aktyorların əlbəyəxa olması... Sizcə, mədəniyyət ocağında niyə belə hadisələr baş verir?  
- Biz bu gün sizinlə hər hansı bir tamaşanı və ya müəyyən bir teatr konsepsiyasını müzakirə etsəydik və ya mübahisə predmetinə çevirsəydik, bu daha maraqlı olardı şəxsən mənim üçün. Lakin biz indi neqativlərdən danışmaq məcburiyyətindəyik və təəssüf ki, bu neqativ informasiyaların sayı artmaqdadır.
Təbii ki, bunların sırasında dedi-qodu xarakterli feyk informasiyalar da ola bilər. Öncədən onu deyim ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlı gəzən bu məlumatlardan mən də yalnız sizin qədər xəbərdaram və bu teatra tamaşadan-tamaşaya gedirəm. Amma bütün hallarda bu söz-söhbətlər nə teatra, nə də teatr camiəsinə, yəni heç birimizə başucalığı gətirmir.
Milli Dram Teatrdan gələn xəbərlər getdikcə mənə sosial şəbəkələrdə yayımlanan üzdəniraq videolardakı dialoqları xatırlatmağa başlayır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı: görün nə boyda mənəvi borc və nə qədər etik öhdəlik...
Məgər məhz bu teatrda öz tələbkarlığına görə aktyorlar Mehdi Məmmədovun təptəzə maşınını pis günə qoymamışdılar? Məgər Tofiq Kazımovun işinə, fəaliyyətinə, öz ideyalarını gerçəkləşdirməsinə zaman-zaman məhz bu teatrın kollektivi əngəl törətməmişdi? Məgər bir neçə il bundan öncə xalq artistlərinin davranışı şillə-təpik həngəməsinə dönüşməmişdimi? Hansını deyim? Teatrda hər cür təhqirin, hər cür təcavüzün qarşısı kökündən kəsilməlidir, fərqli fikirlərə dözümlülük təlqin edilməlidir, qarşılıqlı hörmət və sayğı teatrın alfa və omeqası olmalıdır.
Uzağa niyə gedirik? Əgər K.S.Stanislavskinin və digər dahi teatr qurucularının teatrda etik məsələlərə dair fikirlərinə riayət etsək, bu sayaq neqativ hallarla üzləşmərik və hər kəs də öz eqosunu, ambisiyalarını, iddialarını cilovlaya bilər. Bəlkə onda teatrşünasların, teatr tənqidçilərinin sözü teatr tərəfindən dinlənildi və aqressiv qarşılanmadı. Sonucda bir məqamı da qeyd edim: niyə media mənsubları “İblis və...” tamaşasının fenomenal seyrçi uğurundan, “Əsrə bərabər gün” tamaşasında Nurəddin Mehdixanlının, Anar Heybətovun, Abbas Qəhrəmanovun, Elşən Rüstəmovun, Vəfa Rzayevanın təsirləndirici ifa tərzindən, aktyor məharətindən söz açmayıb da mütəmadi neqativlərə köklənirlər???
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri