7 uşaqlı ananın inəyi üçün göz yaşları hamını kövrəltdi (Video)
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Hakkari bölgəsində lentə alınan görüntülər sosial şəbəkələrdə böyük emosional təsir yaradıb.
Milli.Az xəbər verir ki, 7 uşaq anası olan qadın uçurumdan yıxılaraq tələf olan inəyinin yanında saatlarla göz yaşı töküb. O, heyvana sarılaraq yaşadığı acını gizlədə bilməyib.
Qadın bildirib ki, inəyin ölümü ailələri üçün təkcə maddi deyil, həm də mənəvi baxımdan ağır itkiyə çevrilib. Onun sözlərinə görə, ailənin dolanışığında mühüm yeri olan heyvanın itkisi onları çətin vəziyyətə salıb.
Hadisə yerindən yayılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Bir çox istifadəçi qadının yaşadığı ağrını bölüşərək ailəyə dəstək ifadə edib və hadisənin onları dərindən təsirləndirdiyini yazıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 27 İyul 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















