Zelenski: Ukraynanın 2027 ci ildə 115 milyard dollara ehtiyacı var
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna 2027-ci ildə Qərb ölkələrindən 115 milyard dollar maliyyə yardımı almağı planlaşdırır.
“Novosti Live” nəşrinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əvvəlcə 45 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulsa da, hərbi rəhbərlik və Müdafiə Nazirliyi ilə məsləhətləşmələrdən sonra əlavə 70 milyard dollara ehtiyac olduğu müəyyənləşib.
“Gələn il Ukraynanın 115 milyard dollara ehtiyacı var. Bu məbləği tapmaq böyük çağırışdır. Artıq müsbət siqnallar almışıq: 45 milyard üstəgəl 45 milyard – bu, 90 milyard edir. 90 milyard isə 115 milyarda daha yaxındır. Buna görə də qalan 25 milyardı da tapacağıq”, – Zelenski bildirib.
Ukrayna lideri 2028-ci ildə də oxşar məbləğdə maliyyə dəstəyinə ehtiyac yarana biləcəyini istisna etməyib.
Zelenski həmçinin 2027-ci ilin Kiyev üçün çətin keçə biləcəyini vurğulayıb. O, Avropa İttifaqının bəzi ölkələrində keçiriləcək seçkilərdən sonra Ukraynaya yardım məsələsinə skeptik yanaşan siyasi qüvvələrin hakimiyyətə gələ biləcəyindən narahatlığını ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 Noyabr 2026 02:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















