7 yaşlı uşaq faciəvi şəkildə öldü Atasının qucağında maşın sürmək öyrənirdi
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Oktyabrın 20-də günorta saatlarında Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində ailə faciəsi baş verib.
Milli.Az xəbər verir ki,1992-ci il təvəllüdlü Tural Süleymanov yaşadığı evin həyətində avtomobil idarə edərkən bədbəxt hadisə yaşanıb.
Məlumata əsasən, o, qucağında 2018-ci il təvəllüdlü oğlu Usamə ilə "BMW" markalı, 77 KV 548 dövlət nömrə nişanlı avtomobilə minib və həyət daxilində idarə etməyə başlayıb. Lakin azyaşlı uşaq ehtiyatsızlıqla sürət pedalına basıb. Nəticədə avtomobil qəfil irəli hərəkət edərək divara çırpılıb.
Zərbənin təsirindən azyaşlı U. Süleymanlı hadisə yerində dünyasını dəyişib, atası T. Süleymanov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) üzrə cinayət işi başlanıb, araşdırma aparılır./qafqazinfo
Milli.Az
Baxış sayı:92
Bu xəbər 21 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















