Icma.az
close
up
RU
70 kq qızılla saxlanılan Məmmədovun həbsi uzadıldı KONKRET

70 kq qızılla saxlanılan Məmmədovun həbsi uzadıldı KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin baş köməkçisi Qəhrəman Məmmədovun həbs müddəti uzadılıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bununla bağlı təqdimata baxılıb. Məhkəmə onun barəsində həbs müddətinin 3 ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, DTX-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar DTX-də başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir. Araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğlunun digər Azərbaycan Respublikasının vətəndaşı və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhrəman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlib, həmin gün əlbir olduğu digər şəxs tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Qəhrəman Məmmədov DTX-də davam edən cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri