Icma.az
close
up
RU
“Qarabağ hərəkatı” üçün “konstitusiya məzarı”

“Qarabağ hərəkatı” üçün “konstitusiya məzarı”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan rəhbərliyi yeni əsas qanunu açıqlayacaq, müxalifət isə...

Ermənistanın yeni konstitusiya layihəsi gələn həftə dərc olunacaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. O deyib: “Gələn həftə yeni konstitusiyanın ilkin layihəsi ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan da noyabrın 18-də Milli Assambleyada hökumət saatı zamanı bildirmişdi ki, ölkənin yeni konstitusiya layihəsi noyabrın sonunadək dərc olunacaq. Onun sözlərinə görə, yenilik əsas qanunun bütün maddələrinə şamil olunacaq. Çünki söhbət hazırda qüvvəyə malik konstitusiyaya dəyişikliklərdən yox, bütövlükdə, yeni əsas qanununun qəbulundan gedir. 
Deməli, Ermənistanda çoxdandır müzakirəsi aparılan məsələyə dair aydınlıq gətirilir və bu, müsbət haldır. S.Qalyanın digər fikirlərində də müsbət məqamlar var ki, hay müxalifətinin həmin məqamlarla razılaşmadığı, isterik ab-hava və süni ajiotaj yaratmağa çalışdığı ortadadır. Beləliklə, nazir deyib ki, yeni konstitusiyada əsas hüquq və azadlıqlara dair, eləcə də Ermənistanın idarə qaydalarını, hakimiyyət qollarının və digər fundamental dövlət orqanlarının səlahiyyət bölgüsünü və onlar arasında tarazlığı saxlayan müddəalara yer veriləcək. O, fikir ayrılıqlarının və yanlış anlaşılmaların qarşısını almaq, sənədin mahiyyəti üzrə müzakirəsini təmin etmək üçün layihənin dərcini gözləməyi də təklif edib. 
* * *
Ancaq erməni nazirin bizim üçün lazım olan başlıca fikri başqadır. Məlumdur ki, Ermənistanı cənginə almış “konstitusiya davasının” məğzində yeni əsas qanunun Azərbaycanın diktəsi olduğuna dair klişeləşmiş fikir dayanır. O da məlumdur ki, ölkəmizin erməni əsas qanunu ilə bağlı tələbi var və bu tələb ortaya Bakı-İrəvan yekun sülh müqaviləsinin şərti kimi çıxmaqdadır.
Rəsmi Bakının şərti budur ki, barış mühitinin fundamentallığı baxımından Ermənistan konstitusiyasının ölkənin işğalçı mahiyyət daşıyan İstiqlaliyyət Bəyannaməsinə istinadı tam şəkildə aradan qalxmalıdır. O bəyannamə ki, orada Azərbaycana qarşı ərazi iddiası irəli sürülür. O bəyannamə ki, erməni əsas qanununun preambulasında müstəqil respublikanın formalaşma təməli kimi qondarma “Dağlıq Qarabağ Milli Şurası” adlı qurumun qərarı da götürülür. Nazir S.Qalyan konstitusiyanın preambulasından İstiqlaliyyət Bəyannaməsinə istinadın çıxarılması məsələsinə toxunarkən bildirib ki, parlament müxalifətinin, bütövlükdə, hay əks düşərgəsinin bu istinadın saxlanılması ilə bağlı mövqeyi “Qarabağ hərəkatı”nın yenidən başlanması məsələsi ilə eyniyyət təşkil edir. Yəni o, dolayısı ilə Azərbaycanın mövcud istiqamətdəki narahatlılığının əbəs yerə olmadığını vurğulayır. 
* * *
Əslində, Baş nazir Nikol Paşinyanın zaman-zaman yeni konstitusiya və ya konstitusiya dəyişikliyinə dair mövqeyi S.Qalyanın eyhamının bir qədər fərqli formalı ifadəsidir. Nəzərə alaq ki, Baş nazir bu xüsusda daha açıq fikirlər dilə gətirib və Ermənistanın əsas qanununun hazırkı formulunun yeni müharibəyə rəvac verdiyi məntiqini qabardıb. Amma çifayda. Hay müxalifəti hesab edir ki, bu formuldan imtina milli identikliyin “basdırılmasıdır”, belə yanaşma dövlətə və xalqa xəyanətdir və sair ilaxır. Amma... “Əmma”sı Baş nazir Paşinyan komandasının, kifayət qədər, qətiyyətli davranmamasındadır. Məhz bu mənada, nazir Qalyanın növbəti fikirləri üzərində dayanmağa ehtiyac var. O deyir ki, həm Ermənistan Konstitusiya Məhkəməsinin, həm də hökumətin mövqeyinə görə, qüvvədə olan əsas qanunun preambulasında ərazi iddiaları yoxdur. Təsəvvür edin, hay hakim komandası bir yandan diqqətə çatdırdığımız fikri bildirir, digər tərəfdən konstitusiyanın preambulasında İstiqlaliyyət Bəyannaməsinə istinad mövcudluğunu və həmin sənəddə Dağlıq Qarabağla Ermənistanın “birləşdirilməsindən” bəhs olunduğunu vurğulayır. 
Yəni Paşinyan və komandası qətiyyət və prinsipiallıq göstərib əsl mahiyyətin üzərində dayanmalıdır. Üzərində dayanmalıdır ki, erməni cəmiyyətində həmin mahiyyətə münasibətdə vəhdət yaransın. Əks halda, iqtidarın müxalif düşərgənin tezislərinə qarşı çıxacaq müştərək fikri və bu fikri qoruyacaq potensialı olmayacaq. 
* * *
İndi isə “əmmasız” məqama keçid alaq. Söhbət S.Qalyanın bilavasitə hay müxalif düşərgəsinə ünvanlanmış sərt fikirlərindən gedir. Hesab edirik ki, onun “Ermənistan konstitusiyasında ərazi iddiası yoxdur”, - deyib anlaşılmazlıq formalaşdırmağındansa, sərt ritorikası daha faydalıdır. Məsələn, S.Qalyan müxalifət nümayəndələrinə müraciət edərək onları “Qarabağ hərəkatı”nın yenidən başlanmasını dəstəkləyib-dəstəkləmədiklərini, yaxud buna qarşı olduqlarını açıq şəkildə bildirməyə çağırıb. O, belə bir çağırış səsləndirməkdə haqlıdır. Çünki konstitusiyanın hazırkı şəkli həmin qondarma hərəkatın müdafiəsindən başqa bir şey deyil. 
Qarabağla Ermənistanın birləşdirilməsi məqsədini anaxronizm kimi dəyərləndirən ədliyyə naziri onu da bildirib ki, yeni konstitusiyada İstiqlaliyyət Bəyannaməsinə istinadın yer almaması sənədin tarixi əhəmiyyətini azaltmayacaq. Həqiqətən də belədir. Amma ortaya sual çıxır və bu sualla bağlı fikrimizi sonda açıqlayacağıq.
Hələlik isə deyək ki, bu il ­oktyabrın 30-da “Hayastan” (“Ermənistan”) və “Güclü Ermənistan” müxalifət fraksiyaları “konstitusiyanın Bakı tərəfindən irəli sürülmüş tələblərə uyğun dəyişdirilməsini dəstəkləməkdən” imtina etdiklərini açıqlayıblar. Baş nazir Nikol Paşinyan isə ­noyabrın 2-də referendumun qarşısının alınacağı təqdirdə, müxalifətə qarşı ictimai təzyiqin mümkünlüyünü istisna etməyib.
Söhbət Paşinyanın ötən ay keçirdiyi brinfinqdə söylədiklərindən gedir. O demişdi ki, adətən Ermənistan Parlamentinin binası önündə etiraz aksiyalarını müxalifət keçirir. Amma bu dəfə onu hakimiyyət düzənləyəcək. Nəticədə, xalq müxalifətdən konstitusiya dəyişikliklərinin lehinə səs verməyi tələb edəcək. Onun bu bəyanatı siyasi dairələrdə yeni “2 ­oktyabr” cəhdinə təşəbbüs olaraq qiymətləndirilmişdi.
Yada salaq ki, 2018-ci il oktyabrın 2-də o zaman müxalifət lideri statusunu daşıyan N.Paşinyanın göstərişi ilə hərəkət edən kütlə parlament binasına soxulmuş, bu təzyiq nəticəsində qanunverici orqan buraxılmış və növbədənkənar parlament seçkilərinin keçirilməsi qərara alınmışdı. Tənqidçilərin fikrincə, bu olay Ermənistanın müasir tarixinə parlament binasının ələ keçirilməsinə cəhd və konstitusion dəyərlərə qəsd günüdür.
Sözümüz ondadır ki, “qəsdin” təkrarlanması labüddür. Çünki yeni konstitusiya layihəsi referendumda təsdiqlənməlidir. Layihənin ümumxalq səsverməsinə çıxarılması üçün 105 deputatdan ən azı 70-nin səsi tələb olunur. Halbuki Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdə yalnız 64 mandatı var.
* * *
Sonda isə bütün bunların fonunda vəd etdiyimiz sualı verək: Ermənistanın İstiqlaliyyət Bəyannaməsinin vəziyyəti necə olacaq? Tutalım, ölkənin yeni konstitusiya layihəsində ona istinad yoxdur. Bu, nə dərəcədə yetərlidir? Axı bəyannamənin ruhu “Qarabağ hərəkatı”nı yaşadır. Nəinki yaşadır, üstəlik, onu müstəqil Ermənistanın varlıq formuluna çevirir. Güman edək ki, erməni cəmiyyəti bu barədə də düşünəcək qədər yetkinləşəcək. 

Əvəz CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri