Icma.az
close
up
RU
70 kq qızılla tutulan Məmmədovun FOTOSU

70 kq qızılla tutulan Məmmədovun FOTOSU

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Məlum olduğu kimi, İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3 ( Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə külli miqdarda qaçaqmalçılıq), 12.1 341.1 (Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham irəli sürülüb.

Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.

Qəhrəman Məmmədovun uzun illər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru vəzifəsini tutmuş akademik Qərib Məmmədovun qardaşı olduğu bildirilir.

Pravda.az Savashmedia.az-a istinadən Qəhrəman Məmmədovun fotosunu təqdim edir:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 Noyabr 2024 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri