Icma.az
close
up
RU
700 dən artıq vitrektomiya əməliyyatı ilə görmə qabiliyyəti bərpa edildi

700 dən artıq vitrektomiya əməliyyatı ilə görmə qabiliyyəti bərpa edildi

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir oftalmologiyada gözün torlu qişası və şüşəyəbənzər cismi ilə bağlı xəstəliklərin müalicəsində ən effektiv müalicə üsullarından biri sayılan vitrektomiya əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır. Vitrektomiya şüşəyəbənzər cismin qismən və ya tam çıxarılmasını nəzərdə tutan cərrahi əməliyyatdır. Bu cərrahi müdaxilə ilə pasiyentlərin görmə qabiliyyətləri bərpa oluna və ya onun pisləşməsinin qarşısı alına bilir. Cari ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına 700-dən çox vitrektomiya əməliyyatı icra olunub.

“Qafqazinfo” xəbər verir ki, görmənin kəskin pisləşməsi, görmə sahəsinin daralması, göz önündə pərdə, qara nöqtə, kölgə və ya qığılcımların görünməsi, gözlərin travmatizasiyası hallarında dərhal həkim-oftalmoloqa müraciət etmək tövsiyə olunur.

Oftalmoloji müayinələr gözün arxa seqmentində – tor qişada və şüşəyəbənzər cismin daxilində olan patologiyaları müəyyən etməyə imkan verir. İcbari tibbi sığorta ilə qarşılanan bu müayinələrə oftalmoskopiya, optik koherent tomoqrafiya (OCT - infraqırmızı işıq şüası ilə göz toxumasının skan edilməsi, başqa sözlə qeyri-invaziv görüntüləməsi), göz almasının ultrasəs müayinəsi, gözün angiografiyası və görmə itiliyi testləri daxildir. Bu diaqnostik metodlar nəticəsində tor qişa qopmaları, hemoftalm (intravitreal qanaxmalar), şəkərli diabet fonunda yaranan retinopatiyalar, makulyar yırtıq, epiretinal fibroz, göz travmaları və digər patologiyalar aşkarlanarsa vitrektomiya əməliyyatı tövsiyə olunur.

Əməliyyat mikroinvaziv üsullarla, adətən lokal anesteziya altında icra olunur. Əməliyyatın müddəti əsas xəstəlikdən, yanaşı oftalmoloji patologiyanın mövcudluğundan asılıdır və orta hesabla 1 saatdan 3 saata qədərdir. Əməliyyat zamanı şüşəyəbənzər cisim çıxarılır, yaranmış boşluğa xüsusi balanslaşdırılmış duz məhlulları, süni polimerlər: silikon yağı və ya qaz daxil edilir. Bu maddələr göz boşluğunda genişlənərək torlu qişanın normal vəziyyətinin bərpasına və yerində saxlanmasına kömək edir. Qeyd edək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Vitrektomiya sonrası pasiyentlər qısa müddət ərzində normal həyat tərzinə qayıda bilirlər.

İcbari tibbi sığorta hesabına vitrektomiya əməliyyatı tibbi göstəriş və həkim təyinatı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə icra olunur.

Müvafiq tibbi xidmətin göstərildiyi tibb müəssisələrinin siyahısı ilə “Tibb müəssisələrinin axtarışı” funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see212

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see180

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see168

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see146

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri