Mərkəzi Neftçilər Xəstəxanasında ilin yekun iclası təşkil olundu FOTO
Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.
Mərkəzi Neftçilər Xəstəxanasında ilin yekun iclası təşkil olunub.
Medicina.az xəbər verir ki, tədbirdə xəstəxananın direktoru Musa Abbasov təbrik çıxışı ilə iştirak edərək əməkdaşları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, həmçinin 2025-ci il ərzində görülən işlər barədə məlumat verib. Çıxış zamanı keçən illərlə müqayisədə il boyu aparılan əməliyyatların sayında artımın müşahidə olunduğunu və rekord sayda əməliyyat və müayinə icra edildiyini diqqətə çatdırıb.
Direktor müavinləri Saleh Hüseynov və Hikmət Nağıyev də tədbirdə çıxış edərək kollektivə bayram təbriklərini çatdıraraq gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir çərçivəsində 2025-ci il ərzində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə verdikləri töhfəyə görə səmərəli fəaliyyəti ilə fərqlənən şöbələrə təşəkkürnamələr təqdim olunub.
Eyni zamanda rezidentura təhsilini uğurla başa vuraraq xəstəxanamızda mütəxəssis adını qazanan 3 nəfər rezident təbrik ediliblər.
İlin yekun iclası xəstəxananın inkişaf istiqamətlərinin bir daha nəzərdən keçirilməsinə imkan yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















