Icma.az
close
up
RU
700 min şəxsin əməkhaqqı artır: Pensiyalar isə bu qədər olacaq Komitə sədri açıqladı

700 min şəxsin əməkhaqqı artır: Pensiyalar isə bu qədər olacaq Komitə sədri açıqladı

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir sıra vacib istiqamətlərlə yanaşı, ölkəmizin sosial həyatında baş verən dəyişikliklərə, əldə olunan uğurlara münasibət bildirdi. Artıq 2025-ci ilin dövlət büdcəsi təsdiq edilib. Bu mənada, sosial-iqtisadi sahədəki prosesləri necə xarakterizə etmək olar?

- Ölkəmizin başçısının yerli televiziya kanallarına verdiyi müsahibə bir çox cəhətləri ilə əhəmiyyətlidir və tarixi konseptual xarakter daşıyır. Müsahibəsində dövlətimizin başçısı ötən ilin nəticələrini və uğurlarını qeyd etməklə yanaşı, post-müharibə dövründə keçilən yola nəzər saldı. Eyni zamanda qarşıda duran perspektivlər və problemlər, o cümlədən geosiyasi məsələlər barəsində özünün dərin, düşüncəli fikirlərini Azərbaycan və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu. Ötən ilin göstəricilərini dövlət başçısı uğurlu adlandırdı. 2024-cü il iqtisadi və sosial cəhətdən uğurlu il olub. Prezident bir daha vurğuladı ki, sosial sahədə əldə edilən nailiyyətlər və bütün təminatlar iqtisadi uğurlarla bağlıdır. Ötən ildə də dövlət büdcəsi və ümumi daxili məhsulda artım olub. Eyni zamanda yanaşı iqtisadiyyatın bir çox sahələrində inkişaf əldə edilib.

- Bu ilin sosial sahə üçün strateji hədəfləri hansılardır?

- Məhz iqtisadi uğurlar 2025-ci ildə Azərbaycanda sosial sahədə dərin islahatları davam etdirməyə imkan yaradacaq. Dövlət başçısının da söylədiyi kimi, bu sahənin inkişafına xidmət edən dörd islahat paketi qəbul edilib. Artıq 2025-ci ilin əvvəllərindən başlayaraq 5-ci sosial islahatlar paketi reallaşmaq üzrədir. Prezident İlham Əliyevin tövsiyələrinə və göstərişlərinə uyğun olaraq minimum əməkhaqqı 400 manata çatdırıldı. Eyni zamanda minimum pensiya 320 manata qədər artırılaraq, ötən ildəkindən 40 manat artıq bir həddə müəyyənləşdi. Bununla yanaşı, ölkə başçısının sərəncamları ilə müxtəlif sahələrdə çalışan işçilərin əməkhaqqları da artırılır.

- Minimum əməkhaqqının artması nə qədər insanı əhatə edəcək? Ötən il orta aylıq əməkhaqqında olan artımların digər sahələrə təsiri necə olacaq?

- Bu 700 mindən artıq vətəndaşın minimum əməkhaqqının artırılması deməkdir. Ötən il ölkə üzrə orta aylıq əməkhaqqındakı 9 faizlik artım bütün pensiyaların sosial sığorta hissəsinin artırılmasına imkan yaradacaq.

- Qeyri-neft sektorunun inkişafı ilə bağlı əsas hədəflər nədən ibarətdir?

- Dövlətimizin başçısı müsahibəsində bu sahəyə də toxundu. Ölkənin əsas prioritetlərindən biri də insan kapitalının, qeyri-neft sektorunun və regionların harmonik inkişafının təminatıdır. Sevindirici haldır ki, Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələri həyata keçirildikcə, iqtisadi layihələrin də icrasına başlanılır. Məhz bunun nəticəsidir ki, artıq həmin bölgələrdən də dövlət büdcəsinə vəsait daxil olacaq.

- Müstəqillik tariximizin ən böyük büdcə zərfində sosial sahəyə nə qədər vəsaitin ayrılması nəzərdə tutulub?

- Sözsüz ki, 2025-ci ilin dövlət büdcə müstəqillik dövrünün ən böyük maliyyə sənədidir. Bu büdcənin 41 faizi və ya 17 milyard manatı sosial yönümlü xərclərə yönələcək. Eyni zamanda bu ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərcləri də artırılıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı Böyük Qayıdış üzrə birinci dövlət proqramı da davam etdiriləcək. Bu ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərcləri üçün 8,4 milyard manat vəsait nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurun bərpasına, məskunlaşma xərclərinə isə 4 milyard manatdan artıq vəsaitin dövlət büdcəsindən yönəldilməsi həyata keçiriləcək. Bütün bunlar isə ona deməyə əsas verir ki, Azərbaycan regionun hərbi, siyasi və sosial cəhətdən aparıcı dövlətidir. Məhz bu mənada bölgənin taleyi Azərbaycandan asılıdır və fərqli şəkildə inkişaf edə bilməz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 13 Yanvar 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri