Sabah ın sabiq baş məşqçisi: Qarabağ a qarşı gənc futbolçular oynadı
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Yoxlama oyunlarında çox yaxşı performans göstərdik". Sport24.az xəbər verir ki, bu sözləri Xorvatiyanın "Osiyek" komandasının baş məşqçisi Jelko Sopiç deyib.
Daha əvvəl "Sabah"da da işləyən 51 yaşlı mütəxəssis Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı barədə danışıb, "Qarabağ" və "Sumqayıt" komandalarına qarşı keçirdikləri yoxlama matçlarına da toxunub:
"Nəticələri arxa plana qoysaq, oyunçuların çıxışından çox məmnun olduğumu deyə bilərəm. Üç oyun planlaşdırırdıq, sonda "Qarabağ"la razılaşdığımız üçün dörd qarşılaşma keçirdik və buna görə də şadam. Kimin hansı görüşdə oynayacağı ilə bağlı heç nəyi dəyişməmək qərarına gəldim və düşünürəm ki, gənc oyunçularımız "Qarabağ" kimi UEFA Çempionlar Liqasında oynayan rəqiblə yaxşı mübarizə apardılar. Nominal olaraq daha güclü heyət "Sumqayıt"a qarşı oynadı. Düşünürəm ki, bu da maraqlı matç idi".
Qeyd edək ki, "Qarabağ" "Osiyek"i 3:1 hesabı ilə üstələyib. "Sumqayıt" isə bu komandaya iki cavabsız qolla uduzub. Jelko Sopiç 2019-cu ilin noyabrından 2020-ci ilin yayınadək "Sabah"ın baş məşqçisi olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Yanvar 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















