79 saylı avtobusdan narazılıq: İnterval 8 dəqiqədirsə, sərnişinlər niyə yarım saat gözləyir?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Bakıda ictimai nəqliyatın hərəkəti ilə balı növbəti narazılıq 79 saylı avtobusdan olub.
Belə ki, bu gün səhər saatlarında sərnişinlər 3-cü mikrayon dairəsindəki dayanacaqda 79 nömrəli marşrutu yarım saata yaxın gözləyiblər. Sürücü isə sərnişinlərə 8 dəqiqə intervalla işlədiklərini deyib və gecikmədiyini iddia edib. Lakin avtobusdakı sərnişinlər bildiriblər ki, axrıncı dayanacaqda 20 dəqiqə avtobusun içində onun hərəkət etməsini gözləyiblər.
Ümumiyyətlə, 79 nömrəli marşrutun hərəkət qrafiki və dəqiq interval müddəti nə qədərdir?
Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, 79 nömrəli marşrutda 15 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir:
“79 nömrəli marşrutda hərəkət intervalı 8-10 dəqiqədir. Lakin marşrutun hərəkət etdiyi küçə və prospektlərdə yaranan nəqliyyat sıxlığı avtobusda intervalın artmasına səbəb olur”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 31 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















