Icma.az
close
up
RU
8 ayda 2,4 milyard dollar...

8 ayda 2,4 milyard dollar...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Qeyri-neft ixracında yüksək artım

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracı artaraq 2,4  milyard dollar təşkil edib. Bu, ötən ilin 8 ayı ilə müqayisədə 10,3 faiz artım deməkdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yeni nəşrində qeyd edilir ki, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac daha yüskək artım nümayiş etdirib, dəyər 22,9 faiz artaraq 774,2 milyon dollara bərabər olub. İxrac mallarının strukturunda şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2 faiz, meyvə-tərəvəz 32,2 faiz, kimya sənayesi məhsulları 24,3 faiz,  pambıq iplik 16,3 faiz, çay 2,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2  faiz artıb.

Qızıl qeyri-neft ixracında ilk yerdə qərarlaşır

2025-ci ilin ötən 8 ayında aqrar məhsullar üzrə ixrac 28,2 fazi artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 faiz artaraq 209,5 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon dollar təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl 210,7 milyon dollar ixrac dəyəri ilə birinci olub. Bu siyahıda pomidor 157,2 milyon dollarla ikinci, pambıq lifi 124,7 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Cari ilin səkkiz ayında Rusiya Federasiyasına 814,1 milyon dollar, Türkiyəyə 394,5 milyon dollar, İsveçrəyə 220,2 milyon dollar, Gürcüstana 216,4 milyon dollar,  Ukraynaya isə 131,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Yeri gəlmişkən, təkcə, avqust ayında Rusiya Federasiyasına 97,4 milyon dollar, Türkiyəyə 54,8 milyon dollar, İsveçrəyə 33,6 milyon dollar, Gürcüstana 32,9 milyon dollar,  Ukraynaya isə 21,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

“İstisu” mineral su zavodu ixracda payını artırır

2025-ci ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Prime Cotton” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “UYTROP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC, “STP Alüminium” MMC,  “TABATERRA”QSC, “Sahdag SY” MMC yer alıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Bundan başqa, “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,”Azəralüminium” MMC, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” mineral su zavodu MMC və Naxçıvan MR Dövlət Energetika Xidməti də dövlət adından əsas qeyri-neft ixracatçıları hesab olunur.

Peyk məhsullarının ixracında rekord

Azərbaycanın qeyri-neft ixracında yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri də öz imkanlarını genişləndirib. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 11,6 milyon dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizni təşkil edib. 2025-ci ilin avqust ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon dolları dəyərində xidmət ixrac edib. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində  3,1 milyon dollarla Böyük  Britaniya, 2,3 milyon dollarla Lüksemburq, 569,5 min dollarla Nigeriya, 537,9 min dollarla Türkiyə, 530,4 min dollarla İsveç qərarlaşıb.

Ənənəvi bazarlardan yeni bazarlara keçid...

Hökumətin hədəfi ixracın şaxələndirilməsi, ənənəvi bazarlardan yeni bazarlara keçidin təmin olunmasıdır. Bu məqsədlə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasının sadələşdirilməsi, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi və əlavə güzəşt alətlərinin tətbiqi üzərində işlər aparılır. Motivasiyaedici tədbirlərdən biri logistik subsidiya mexanizminin tətbiqidir. Yeni mexanizm ixracla məşğul olan sahibkarların sərhəd-keçid məntəqələrində asan tranzit sisteminin yaradılmasını, gömrük sərhəd-keçmə prosedurlarının sadələşdirilməsi, logistika üzrə güzəştlərin verilməsini və tarif səmərəliliyi üzrə təşviqlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, yeni və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq üçün müxtəlif təşviq mexanizmlərinin verilməsi gözlənilir. Ən mühüm güzəşt aləti isə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznesin xarici bazarlara çıxışında dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, onların ixrac fəaliyyəti üzrə logistik xərclərinin tam şəkildə qarşılanmasıdır.

Ümumilikdə, bütün  bütün bu tədbirlərin məqsədi ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə vermək, ənənəvi bazarların tranzitini yeni istiqamətlərə yönəltmək, bununla da daha yüksək gəlir gətirən ixrac potensialını formalaşdırmaqdır.

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri kimi “Azexport” portalı mühüm yer tutur. 10 ildir ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. Həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. Portal ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.

“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib. İndiyə kimi həmin sifarişçilərdən 1 milyard dollardan artıq sorğular daxil olub.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri