Icma.az
close
up
RU
8 aydır boksçuların maaşı verilmir Məşqçi şikayət etdi

8 aydır boksçuların maaşı verilmir Məşqçi şikayət etdi

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Boks Federasiyasında gənclərdən ibarət milli komandanın 8 aydır maaşı verilmir. Federasiyada olan şəxslər gənclərin maaşını mənimsəyirlər.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt Təşkilatının sədri və boks üzrə məşqçi Ramil Məmmədzadə bildirib.

“Məsələ tək maaşdan ibarət deyil. Gəncləri milli komandaya daxil edirlər, ancaq onların otel, geyim və qida xərclərini qarşılamırlar. Mən dəfələrlə şikayətçiləri mediaya müraciət etmələri barədə məlumatlandırmışam. Lakin onlar qorxurlar. Mənim Tiktok platformasında etdiyim şikayətlərdən sonra gəncləri çağırıb sentyabrda maaşlarının veriləcəyini deyiblər. Bəs geridə qalan 8 ayın maaşı?

Hazırda hər çəkidən 3-4 idmançı var və ümumi hesabla sayları 30 nəfərə yaxındır. 30 nəfərin maaşını da 470 manatdan hesablasaq külli miqdarda pul olur. Bu qədər məbləğ 8 aydır ki, yoxdur”, - Məmmədzadə bildirib.

Məşqçinin sözlərinə görə, bu barədə dəfələrlə Gənclər və İdman Nazirliyinə və aidiyyəti qurumlara müraciət ünvanlamağına baxmayaraq, nəticəsiz qalıb:

“Hətta mənə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli zal və maaş kartı söz vermişdi, yerinə də yetirmədi. Narahat etməməyim üçün nömrəmi də qara siyahıya atdı.

Federasiyada çox böyük problemlər var. Məşqçilər idmançılara qərəzli davranışlar sərgiləyir. Məsələn, ölkə çempionu olan idmançı məşqçinin xoşuna gəlmirsə, onu yarışlara aparmır. Daha çox bəyəndiyi adamları aparır ki, o şəxslər də bacarıqsız olur və uğur qazana bilmirlər. Bir sözlə, federasiyanı şəxsi obyektləri kimi istifadə edirlər.

Ölkə çempionu olan şəxsə bir illik maaş verilməlidir. Ancaq maaş çox absurd səbəbdən verilmir. Səbəb olaraq da bildirirlər ki, həmin şəxsin babası əlilliyə görə təqaüd aldığı üçün ona maaş düşmür. Həmçinin, bir idmançımız da var ki, Rusiya vətəndaşıdır və Tərtər rayonundan qoşulub komandaya. Gedib yarışlarda da uğur əldə edib, ancaq Rusiya vətəndaşı olduğunu deyib, pulunu vermədilər. Əgər Rusiya vətəndaşıdırsa, niyə Azərbaycan çempionatında döyüşdürülür? Hansı məşqçi etiraz etmək istəyirsə, bir bəhanə tapıb onu uzaqlaşdırırlar”.

Məşqçi bildirib ki, Azərbaycan Boks Federasiyasının Sumqayıt şəhərində tikdirdiyi idman zalında məşqlər pullu keçirilir:

“Dövlətin bizim üçün yaratdığı şəraiti pulla satırlar. Hətta federasiyanın prezidenti tapşırıq verib ki, bacarıqlı gənclərə kiçik miqdarda maaş ayrılsın. Onlara bir neçə nəfəri təklif etdim və cavab olaraq bildirdilər ki, həmin şəxsləri özləri təyin edəcəklər. Onlar Azərbaycan Boks Federasiyasında biznes qurublar. Onlara nə federasiya, nə boks, nə də uğur maraqlıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Avqust 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri