Icma.az
close
up
RU
8 ci sinif tarix dərsliyində səhvlər Tarixçi alim açıqladı

8 ci sinif tarix dərsliyində səhvlər Tarixçi alim açıqladı

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan tarixi” fənni üzrə 8-ci siniflər üçün nəzərdə tutulan dərslikdə ciddi tarixi səhvlər var.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.

Alim dəsrlikdəki yanlışları bu cür sıralayıb:

“1. “Azərbaycanda ilk müstəqil xanlıq” bölməsinə nəzər salaq.

"Nadir şahın ölümündən sonra... çoxlu sayda müstəqil xanlıq meydana gəldi. Belə xanlıqlardan biri hələ Nadir şahın sağlığında müstəqil olmağa təşəbbüs göstərən Şəki xanlığı idi”.

Əgər Şəki xanlığı hələ Nadir şahın sağlığında, 1743-cü ildə müstəqilliyini elan edib və qoruyub saxlayıbsa, onun 1747-ci ildə Nadir şahın ölümündən sonra yaranan xanlıqlardan biri kimi təqdim edilməsi və sadəcə "müstəqil olmağa təşəbbüs göstərən" kimi yazılması elmi cəhətdən ziddiyyətlidir. Çünki o, artıq 1743-cü ildə müstəqil xanlıq idi.

2. Fətəli xanın fəaliyyətindən bəhs edən bölmələrdə bəzi xanlıqların Qubaya birləşdirilməsi ilə sadəcə vassallıq anlayışları bir-birinə qarışdırılır. Bu isə yeniyetmələri çaşdırır.

3. Səfəvi-Osmanlı müharibələri (XVI–XVII əsrlər) və xanlıqlar dövrünə aid bəzi xəritələrdə göstərilən sərhədlər mətndə təsvir olunan inzibati bölgü ilə tam üst-üstə düşmür.

4. Dərslikdə I Şah Abbasın 1593-cü ildə mərkəzi Ərdəbil olan vahid Azərbaycan bəylərbəyiliyini yaratdığı qeyd olunur. Lakin həmin dövrdə Təbriz və Azərbaycanın böyük hissəsi 1590-cı il İstanbul müqaviləsinə əsasən Osmanlı imperiyasının tərkibində idi və Şah Abbas bu torpaqları yalnız 1603–1607-ci illərdə geri qaytara bilmişdi.

5. Şamaxı xanlığında Məhəmmədsəid və Ağası xanların hakimiyyətdə olması "ikihakimiyyətli xanlıq" kimi təqdim edilir. Tarixşünaslıqda isə bu, ayrıca bir dövlət quruluşu forması deyil, sadəcə xanlığın iki hissəyə bölünməsi və feodal ara müharibələrinin nəticəsi idi.

6. Pənahəli xanın 1747-ci ildə deyil, məhz 1748-ci ildə Bayat qalasını tikdirməsi ilə xanlığın əsasını qoyduğu yazılır. Halbuki o, 1747-ci ildə Nadir şahın ölümündən dərhal sonra Qarabağa qayıdaraq özünü müstəqil xan elan etmişdi.

7. Azərbaycanı iki yerə bölünməsi və ermənilərin Şimali Azərbaycana köçürülməsi ilə bağlı Türkmənçay müqaviləsinə dair ciddi səhvlər var. Müqavilənin 15-ci maddəsinə əsasən ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi təsvir edilərkən, onların məhz hansı tarixi ərazilərə yerləşdirilməsi ilə bağlı statistik rəqəmlərdə müxtəlif paraqraflarda fərqli rəqəmlər göstərilir. Eyni zamanda, o vaxt Qacar dövləti idi, “İran” adlı dövlət yox idi o vaxt. Müqavilədə Qacar dövləti yazılıbsa, niyə “İran” adı istifadə edilir?

8. Cəlalilər hərəkatı həm feodal zülmünə qarşı kəndli üsyanı, həm də Osmanlı işğalçılarına qarşı azadlıq mübarizəsi kimi təqdim edilir. Halbuki tarixi mənbələrə görə, Cəlalilərin bir qismi sonradan Səfəvi sarayına sığınmış, digər qismi isə yerli əhalini qarət edən silahlı dəstələrə çevrilmişdi.

Texniki səhvlərə baxın: "Şah I Abbasm hərbi uğurları" - Abbasın olmalıdır; 4-cü mövzuda isə "XVI əsrin ikinci yansı" - "yarısı" olmalıdır; 15-ci mövzuda gürcü çarının adı "II İrakli" əvəzinə "II trakli" kimi yazılıb”.

Alim bu cür səhvlərə kəskin etirazını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri