8 Noyabr dünya hərb və dövlətçilik tarixində ilklərin günüdür
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Həmin gün Azərbaycan xalqı ilkləri yaşadı.
İki yüz ildən sonra ilk dəfə itirilən torpaqlarımız geri qaytarıldı.
Nadir şahdan sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyev işğal olunmuş ərazilərdə dövlət suverenliyimizi bərpa edən ilk sərkərdə oldu.
Cənubi Qafqazda ilk dəfə bir münaqişəni kökündən həll edən məhz Azərbaycan idi!
8 Noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ordumuz və qalib xalqımız dünya miqyasında ilk dəfə “yatmış layları” yerindən tərpətdi. “Dondurulmuş münaqişlələr” də ilk dəfə məhz bizim timsalımızda öz həllini birdəfəlik tapırdı...
Zəfər Günü... Azərbaycan tarixinin ən şanlı, ən qürurlu sahifəsidir. Bu tarixi qələbə xalqımızın milli mənliyini, əyilməz ruhunu və birliyini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində əldə olunan Böyük Zəfər sadəcə hərbi uğur deyil, illərlə qəlblərdə yaşatdığımız həsrətin, ədalətin və milli qürurun bərpasıdır.
Bu Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən diplomatik addımları və dəmir məntiqə söykənən hərbi strategiyası oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənin illər boyu qurduğu istehkamları darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etdi.
Cəbhədə dastan yazan zabit və əsgərlərimizin, qazilərimizin şücaəti isə xalqımızın qəhrəmanlıq salnaməsidir. İşğal altında olan torpaqları qarış-qarış, kənd-kənd azad edən igidlərimiz misilsiz rəşadət göstərdilər. Şuşa fəthi kimi çətin və unikal hərbi əməliyyatı həyata keçirən Ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə, sağlamlığını itirən qazilərimizə və bütün döyüşçülərimizə olan ehtiramımız sonsuzdur. Onların fədakarlığı hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Zəfər Gününün təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik xətti, nizami ordunun qurulması və güclü iqtisadiyyatın formalaşdırılması siyasəti dayanır. Ümummilli liderin ən böyük arzusu Şuşanın, Qarabağın azad olunması idi.
Ali Baş Komandan İlham Əliyevin Zəfər xəbərini verərkən dediyi "Ata vəsiyyətini yerinə yetirdim" sözləri Ulu Öndərin ideyalarının təntənəsi və varislik prinsipinin ən ali təzahürü oldu. Bu qələbə Heydər Əliyev ruhunun şad olduğu an idi.
Müharibə dövründə və sonrasında Birinci vitse-prezident Mehriban Əliyeva öz xeyriyyəçilik fəaliyyəti, mənəvi dəstəyi və humanitar təşəbbüsləri ilə ordumuzun və xalqımızın yanında oldu. Mehriban xanımın şəhid ailələrinə, qazilərə və yaralanan hərbçilərə göstərdiyi xüsusi diqqət, eləcə də Heydər Əliyev Fondu xətti ilə azad edilmiş torpaqlarda tarixi və dini abidələrimizin bərpası istiqamətində gördüyü işlər Zəfərimizin mənəvi sütununu daha da möhkəmləndirdi.
Noyabr Zəfəri - canını Vətən torpağı üçün fəda edən unudulmaz şəhidlərimizin müqəddəs əmanətidir.
8 Noyabr Zəfər Günü - dastan yazan Ordumuzun, xalq-iqtidar birliyinin və sarsılmaz həmrəyliyimizin əbədi simvoludur.
Bu zəfəri bizə bəxş edən qəhrəmanlarımıza minnətdarıq!
Bu Zəfər günü hər birimiz üçün böyük qürur mənbəyi olmaqla yanaşı, həm də dərin kədər və sonsuz minnətdarlıq hissidir. Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda məğrurcasına dalğalanması üçün öz canından keçən, hər bir qarış torpağı qanı ilə vətənləşdirən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Onlar bizə azad, bütöv və başıuca bir Vətən bəxş etdilər. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı xalqımızın qəlbində sonsuzadək yaşayacaq, gələcək nəsillərə vətənpərvərlik nümunəsi olacaq.
Ruhları şad, məkanları cənnət olsun! Bizə ilkləri yaşadan şəhidlərimiz hər zaman qəlbimizdədir!

Tural İbrahim
Yazıçı-publisist
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
Bakıvaxtı.az üçün
Baxış sayı:111
Bu xəbər 06 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















