“Yuventus”da qalmaqal Spalletti futbolçusunu yumruqla hədələdi VİDEO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliyanın “Yuventus” futbol komandasının baş məşqçisi Luçano Spalletti UEFA Avropa Liqasında Niderlandın AZ kollektivinə qarşı keçirilən oyunda futbolçusu Xuan Kaballa mübahisə edib.
İdman.Biz “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis 2:1 hesablı qələbə ilə başa çatan qarşılaşmanın son dəqiqələrində kolumbiyalı müdafiəçinin hərəkətlərindən qəzəblənib.
Hadisəyə futbolçunun müdafiədə yol verdiyi mövqe səhvləri səbəb olub. Əvvəlcə Lloyd Kelli təhlükəli zonada topu itirib. AZ-nin sürətli əks-hücumu zamanı “Yuventus”un müdafiəçiləri Meks Merdinkin cərimə meydançasına daxil olmasının qarşısını ala bilməyiblər. Nəticədə meydan sahibləri hesab arasındakı fərqi minimuma endiriblər.
Az sonra Kabalın mövqeyini itirməsi Niderland təmsilçisinə daha bir qol vurmaq imkanı yaradıb. Lakin həmin epizodda qeydə alınan qol ofsayd səbəbindən ləğv edilib.
Ardıcıl səhvlər Spallettini özündən çıxarıb. Baş məşqçi kolumbiyalı futbolçuya yaxınlaşaraq sərt ifadələr işlədib.
“Diqqətli olmasan, sənə yumruq vuracağam!” - deyə Spalletti müdafiəçini hədələyib.
İtaliyalı mütəxəssis futbolçusu ilə üz-üzə dayanaraq narazılığını emosional şəkildə ifadə etsə də, vəziyyət qısa müddətdə sakitləşib. Fiziki qarşıdurma baş verməyib.
Qeyd edək ki, “Yuventus” səfərdə AZ-ni 2:1 hesabı ilə məğlub edib. Turin təmsilçisinin qollarını Tön Köpmeyners və Randal Kolo Muani vurublar. Bu nəticə ilə İtaliya komandası Avropa Liqasında növbəti üç xalını qazanaraq səkkizdəbir finala birbaşa vəsiqə uğrunda mübarizədə mövqeyini gücləndirib. Komanda 10 xal toplayaraq beşinci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















