8 Noyabr Zəfər Günü Cəbrayıl şəhərində qeyd olunub VİDEO
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhərində təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirlər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə ətraf rayonların sakinləri iştirak ediblər.
Tədbir çərçivəsində Zəfər Günü münasibətilə vətənpərvərlik mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərginin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini təbliğ etmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək olub. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, pedaqoji heyətin iştirakı ilə baş tutan sərgi iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb, Zəfər tariximizin əhəmiyyəti, Vətənə sevgi və milli birlik mövzularında fikir mübadiləsi edilib. Eyni zamanda, tədbirdə yerli sakinlərin əl işlərin ibarət sərgi-satış təşkil olunub. Tədbir zamanı dəvət olunmuş şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib, onların qayğıları dinlənilib.
Daha sonra Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə konsert proqramı təqdim olunub. Vətən müharibəsi iştirakçısı və qazi Məbud Əhmədovun ifaları ilə davam edən konsert məktəblilərin hazırladığı rəqs və bədii qiraət nümunələri ilə daha da rəngarəng və yaddaqalan olub.
Baxış sayı:120
Bu xəbər 07 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















