Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Bayraq sevgisindən şəhidlik zirvəsinə: Aşur Cəmiyevin ömür yolu

Bayraq sevgisindən şəhidlik zirvəsinə: Aşur Cəmiyevin ömür yolu

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan xalqının tarixində əbədi yaşayacaq Zəfər salnaməsi Vətən sevgisinin, milli birliyin və qəhrəmanlığın təcəssümüdür. 8 Noyabr – Zəfər Günü xalqımızın qürurunu, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini yaşadır. Bu tarixi Qələbənin arxasında Vətənini hər şeydən üstün tutan, öz həyatını xalqının gələcəyinə fəda edən igid oğullarımızın şücaəti dayanır. Onlardan biri də Vətən müharibəsi şəhidi Aşur Cəmiyevdir.

AZƏRTAC-a açıqlamasında şəhidin atası Bəybala Cəmiyev oğlunun vətənpərvərliyindən, hərbi xidmətə olan sevgisindən və döyüşlərdə göstərdiyi fədakarlıqdan danışıb. Qeyd edib ki, bu Zəfər hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Atanın sözlərinə görə, Aşurun Vətənə bağlılığı hələ uşaqlıq illərindən özünü göstərib. O, məktəbə ilk başladığı vaxtlardan Azərbaycan Bayrağına xüsusi sevgi bəsləyib. Sinif yoldaşının partasında bayraq gördükdə özünün də bayrağının olmasını istəyib. Əmisinin ona aldığı bayrağı məktəbə apararaq partasının üzərinə qoyması isə ailəsinin yaddaşında qalan unudulmaz xatirələrdəndir. O qeyd edib ki, oğlunun bayrağa olan sevgisi zaman keçdikcə Vətənə xidmət etmək arzusuna çevrilib. Aşur böyüdükcə hərbçi olmaq istədiyini dəfələrlə dilə gətirib. Atası əvvəlcə bu seçimin məsuliyyətini ona anlatmağa çalışsa da, oğlunun qətiyyəti qarşısında onun arzusuna hörmətlə yanaşıb. “Aşur mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam. Bu sözləri eşidəndə həm sevinir, həm də onun gələcəyi barədə düşünürdüm. O, hərbçi olmaq qərarından dönmürdü. Mənə söz vermişdi ki, başımı həmişə uca edəcək. Bu gün onun Vətən qarşısında borcunu şərəflə yerinə yetirməsi, adının qəhrəman kimi çəkilməsi həmin sözün necə böyük məsuliyyət daşıdığını göstərir”, – deyə şəhid atası bildirib. Onun sözlərinə görə, Aşur hərbi xidmətə qəbul olunmaq üçün sənədlərini özü hazırlayıb və məqsədinə çatmaq üçün israrlı olub. Hərbi xidmət zamanı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, Vətənə sədaqətlə xidmət edib. Şəhid atası vurğulayıb ki, oğlunun döyüşlərdə iştirak etmək qərarı da onun Vətən sevgisindən irəli gəlib. Aşurun ailəsində üç övladının olmasını xatırladaraq döyüşlərə getməməsi barədə deyilənlərə baxmayaraq, o, Vətənin çağırışına biganə qala bilməyəcəyini bildirib.

“Deyirdi ki, Vətən məni çağırırsa, getməliyəm. Onun bu qərarı bizim üçün asan olmasa da, Vətənə olan sevgisi hər şeydən üstün idi. Bu gün döyüş yoldaşları onun haqqında danışanda, göstərdiyi qəhrəmanlıqları xatırladanda bir ata kimi qürur hissi keçirirəm. Oğlumun yoxluğu qəlbimizdə böyük bir boşluq yaradıb. Ancaq onun adının qəhrəman kimi yaşaması, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparması bizə təsəlli verir”.

Şəhid atası bildirib ki, Zəfər Günündə Azərbaycan xalqı yalnız qazanılmış Qələbəni deyil, həm də bu Qələbə naminə canından keçən qəhrəmanlarını yad edir. Azad edilmiş torpaqlarımız, doğma yurdlarımızda dalğalanan üçrəngli bayrağımız şəhidlərin Vətənə olan sonsuz sevgisinin və xalqımızın sarsılmaz iradəsinin rəmzidir. “Bu gün torpaqlarımızın azadlığı ilə fəxr ediriksə, bu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsindədir. Qələbəmiz onların canı, qanı bahasına qazanılıb. Qəhrəman oğullarımızın sayəsində başımız ucadır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayıram. Allah dövlətimizi, ordumuzu qorusun. Bayrağımız daim azad səmalarda dalğalansın, şəhidlərimizin adları xalqımızın yaddaşında əbədi yaşasın”. O vurğulayıb ki, Zəfər Gününün mənəvi dəyəri gənc nəslə Vətən sevgisini, milli qüruru və şəhidlərimizin əmanətinə sədaqəti aşılamaqla daha da artır. Onun sözlərinə görə, Aşur kimi igidlərin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. Şəhid Aşur Cəmiyevin ömür yolu bir daha göstərir ki, Vətən sevgisi insanın qəlbində uşaqlıqdan kök salan, zaman keçdikcə əqidəyə və amalına çevrilən müqəddəs duyğudur. Bu gün Azərbaycan xalqı Zəfərini qürurla qeyd edərkən torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarını ehtiramla anır, onların adını və xatirəsini gələcək nəsillərə ötürür.

Müxbir- Tünzalə Arazlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri