Icma.az
close
up
RU
8 ölkədən 733 iştirakçı Bakı Ali Neft Məktəbində Beynəlxalq Robot Olimpiadasında

8 ölkədən 733 iştirakçı Bakı Ali Neft Məktəbində Beynəlxalq Robot Olimpiadasında

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi etdiyi “Azerbaijan International Robotics Olympiad- AIRO 2026” Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin Beynəlxalq Robot Olimpiadası kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, bu cür yarışlar gənclərin robototexnikaya marağını daha da artırır. BANM-də tezliklə Robototexnika Mərkəzinin yaradılacağını da bildirən rektor bu sahəyə xüsusi diqqətin ayrılmasının vacib olduğunu vurğulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva bu cür müsabiqələrin gənclərin istedadlarının aşkarlanması üçün əvəzolunmaz platforma olduğunu qeyd edib. O bildirib ki, mühəndis düşüncəsinin inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması bu günün tələbidir və Bakı Ali Neft Məktəbi bu missiyanın öhdəsindən uğurla gəlir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova, “Azerbaijan International Robotics Olympiad”ın baş koordinatoru İmamir Mirzoyeva, “XBOT AZ” şirkətinin təsisçisi Erika Xu da çıxış edərək Beynəlxalq Robot Olimpiadasının uğurlu təşkili və əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Bakı Ali Neft Məktəbi," XBOT AZ" və Çinin Yushu Technology Co., Ltd. şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, olimpiada BANM, Gənclər və İdman Nazirliyi, AzeRobot Education, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTA, XBOT və digər tərəfdaşların dəstəyi ilə keçirilir.

Artıq ikinci dəfədir təşkil olunan və 8 yaşdan yuxarı şagirdləri, tələbələri və robototexnika həvəskarlarını birləşdirən yarış texnologiya sahəsindəki gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi üçün unikal platformadır.

Yarışda iştirak etmək üçün 8 fərqli ölkədən 733 iştirakçı, 356 komanda qeydiyyatdan keçib.

Yarışın xüsusi qonaqları sırasında Tokioda keçirilən “All Japan Robot Sumo Tournament” nümayəndələri, Rumıniyada təşkil olunan “Robochallenge” yarışının

baş koordinatorları, həmçinin Türkiyədən olan sahə mütəxəssisləri yer alır. Onlar “Mega Sumo”, “Mini Sumo” və digər kateqoriyalarda beynəlxalq hakimlər kimi çıxış edirlər.

Yarışın yekununda qaliblər elan ediləcək. Hər bir kateqoriyada fərqlənən iştirakçılara medallar, diplomlar və qiymətli mükafatlar təqdim olunacaq. Xüsusilə “Mega Sumo”, “Mini Sumo” və “Mini Sumo kids” kateqoriyalarının qalibləri Yaponiya, Rumıniya və Yunanıstanda keçiriləcək beynəlxalq robot yarışlarında ölkəmizi təmsil etmək hüququ qazanırlar.








Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri