Icma.az
close
up
RU
“Azərbaycan öz gücünə arxalanaraq Ağdamda tarixi ədaləti bərpa etdi”

“Azərbaycan öz gücünə arxalanaraq Ağdamda tarixi ədaləti bərpa etdi”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ağdamın taleyi Azərbaycan xalqının yaddaşında həm böyük faciənin, həm də sarsılmaz iradənin rəmzi kimi yaşayır. 1993-cü il iyulun 23-də rayon uğrunda 42 gün davam edən döyüşlərdən sonra ərazinin 73 faizi Ermənistan silahlı qüvvələrinin işğalına məruz qaldı. Ağdam şəhəri və rayonun 90 kəndi düşmənin nəzarətinə keçdi. 128 min sakin doğma yurdunu tərk etməyə məcbur oldu. Ağdam uğrunda döyüşlərdə altı mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. Rayon sakinləri Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşaraq uzun illər ağır məcburi köçkün həyatı yaşadılar. Bu rəqəmlər təkcə itkilərin miqyasını deyil, bütöv bir bölgənin sosial, iqtisadi və mədəni həyatına vurulmuş zərbənin dərinliyini də ifadə edir. Hər dağıdılmış məktəb, muzey və yaşayış evi Ağdamın yalnız fiziki deyil, mənəvi həyatına da vurulmuş zərbə idi; buna görə şəhərin azadlığı tarixi yaddaşın və milli ləyaqətin bərpası kimi xüsusi məna daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.

Deputat qeyd edib ki, Ağdamın işğalı beynəlxalq hüququn prinsiplərinin necə pozulduğunu, qəbul edilmiş qərarların icrasız qalmasının hansı nəticələr doğurduğunu göstərən acı nümunədir: “BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər zəbt olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. ATƏT-in Minsk qrupuna daxil olan doqquz dövlət də hücumu pisləmiş, qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasına çağırmışdı. Lakin bu mövqelər Ermənistanın təcavüzkar siyasətinə son qoymadı. İşğalçı dövlət Cenevrə Konvensiyalarından irəli gələn öhdəlikləri pozaraq yaşayış məntəqələrinin adlarını dəyişdirdi, mülkiyyətləri talan etdi, evləri və əraziləri yandırdı, tarixi-mədəni irsi dağıtdı. Azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qoyulması, doğma torpaqlarından qovulması Ermənistanın işğalı möhkəmləndirmək niyyətini açıq göstərirdi. Beynəlxalq təşkilatların qətnamələrin icrasını təmin etmək üçün təsirli addımlar atmaması isə hüququn aliliyinə və ədalətə inamı sarsıdan ciddi problem olaraq qaldı”.

Fikirlərini davam etdirən Parlament üzvü bildirib ki, Azərbaycan nəhayət, öz gücünə arxalanaraq tarixi ədaləti bərpa etdi: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsində qazanılan Zəfər regionda yeni reallıq yaratdı. Üçtərəfli Bəyanatın 10 noyabr 2020-ci ildə imzalanmış şərtlərinə əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı.

Beləliklə, şəhərin və rayonun azadlığı əlavə döyüşlərə ehtiyac qalmadan, siyasi-diplomatik razılaşma ilə təmin edildi və mümkün insan tələfatının qarşısı alındı. Ağdamın azad edilməsi Azərbaycan Ordusunun hərbi uğurlarının, dövlət başçısının qətiyyətli mövqeyinin və diplomatik fəaliyyətinin mühüm nəticəsi oldu.

Bu tarixi hadisənin yaddaşlarda yaşadılması üçün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 20 noyabr Ağdam şəhəri Günü elan olundu. Həmin gün artıq yalnız azadlığın tarixini xatırlatmır; o, xalqın doğma torpağa bağlılığını, dövlətin suveren iradəsini və quruculuq əzmini ifadə edir. Bu gün Ağdamın dirçəlişi, sakinlərin mərhələli şəkildə geri qayıtması və şəhərin yenidən qurulması həmin Zəfərin davamıdır.

Ağdam şəhəri Günü hər il bizə xatırladır ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixi ədalətin bərpası ilə nəticələnmiş, işğalın qoyduğu ağır izlər isə quruculuq və qayıdışla aradan qaldırılmağa başlanıb” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri