Icma.az
close
up
RU
8 saatlıq iş qrafiki öncə bu məktəbləri əhatə edəcək Ekspert AÇIQLADI

8 saatlıq iş qrafiki öncə bu məktəbləri əhatə edəcək Ekspert AÇIQLADI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Müəllimlərin tam ştatla yəni gündə 8 saat məktəbdə qalmaqla işləməsi barədə müzakirələr təhsil sistemində yeni mərhələnin başlanğıcını göstərir. Nazirliyin açıqlamasına görə, proses ilk növbədə böyük məktəblərdə tətbiq ediləcək. Bu, ilk növbədə Bakıda və bir sıra rayonlarda fəaliyyət göstərən məktəblərə təsir edəcək. 
Modern.az-a açıqlamasında təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, 8 saatlıq iş qrafiki daha çox Bakı, ondan sonra isə Sumqayıt və Abşeron kimi böyük məktəbləri və geniş şagird kontingenti olan məktəblərdə tətbiq edilə bilər. Bu yeniliyin reallaşması üçün məktəblərin də həm həcmcə böyüklüyü, həm də texniki-təşkilati cəhətdən üstünlüyü çox vacibdir. 
“Bu kimi məktəblərdə seçilmiş müəllimlər yeni qrafikə əsasən artıq dərslərini bitirən kimi deyil, məhz iş saatı başa çatdıqdan sonra məktəbdən çıxa bilərlər. Bu isə əlavə imkanlar, şərait tələb edir. Çünki günlük dərsini başa vuran müəllim 8 saatlıq iş qrafikinin digər tələbləri istiqamətində də hərəkət etməlidir. Məsələn, o sabahkı dərslərin plan-proqramını hazırlamalı, mövzularla bağlı çalışmalı, üstəlik, şagirdlərlə fərdi formada əlavə hazırlıqları təşkil etməli, üstəlik bəzi hallarda valideynlərlə ünsiyyət saatı təşkil etməlidir. İndi bütün bunların həyata keçməsi üçün müəllimin məktəbdə hər hansı imkanları olacaqmı?! Baxın, bu sualın cavabında çox ciddi çətinliklər yaranacaq. Odur ki, ilkin mərhələ üçün yalnız pilot məqsədli iri məktəblərin seçilməsi gözlənilir ki, nazir də məhz bu detala toxundu” - deyə o qeyd edib.  
E.Nuri qeyd edib ki, Bakı şəhərində bu əsnada seçim o qədər də çətin olmayacaq. Çünki burada qeyd olunan meyarların təşkili üçün tələblərə cavab verən məktəblər var. 
“Regional təhsil idarələri üzrə hərəsindən bir neçə mərkəzi məktəbin seçilməsi də gözlənilə bilər. Məsələn, Astara -Lənkəran Regional Təhsil İdarəsinə tabe olan məktəblər arasında qurumun çərçivəsindəki rayonların hərəsindən bir böyük məkəb seçilə bilər”.
Ekspert qeyd edib ki, bu sistemin kənd məktəblərdə tətbiqi gözlənilən deyil:
“Bu layihənin ilkin olaraq kənd məktəblərində tətbiqini gözləmirəm. Mümkün olmasına sözsüz ki, mümkündür. Amma pilot xarakterli ilkin mərhələdə bu o qədər də inandırıcı görünmür. Təsəvvür edin, bunun tətbiqi üçün müəllimlərin əlavə gözlənti otağı, fərdi hazırlıqlar üçün kabinetlər və s. lazımdır. Mən hələ xaricdəki təcrübədən çıxış edərək, əlavə istirahət otaqları, "meeting-room"sları və s. demirəm. Onların danışmaq ümumiyyətlə absurddur. Bir sözlə, son olaraq bunu deyə bilərəm ki, 8 saatlıq iş qrafiki tamam-kamal, öz qaydalarına uyğun təşkil olunacaqsa, buna cavab verən məktəblərimizin sayı o qədər də çox olmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri