Icma.az
close
up
RU
8 yaşınadək uşaqları olanların nəzərinə

8 yaşınadək uşaqları olanların nəzərinə

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşaqların baxdıqları seriallar, izlədikləri cizgi filmləri və oynadıqları oyunlar onların dünyagörüşünə, davranışına və emosional inkişafına birbaşa təsir göstərə bilər. Bu amillər uşaqların psixoloji formalaşmasında mühüm rol oynayır.
Bəs bu cür təsirlər hansı yaşadək özünü göstərə bilər? Uşağın izlədiyi məzmunun ona mənfi təsir etdiyini valideyn hansı əlamətlərdən anlaya bilər?
Bizim.Media xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı Metbuat.az-a açıqlamasında bildirib ki, bir insanın şəxsiyyətinin formalaşma dövrü təxminən səkkiz yaşına qədər davam edir. Bu yaşdan sonra isə artıq korreksiya mərhələsi başlayır - həm uşağın özü-özünü, həm də ətraf mühitin onu korreksiya etməsi prosesi gedir:
“Biz uşaqlarımızı nə vaxt ekran qarşısına qoyuruq? Nağıl terapiyası deyilən bir anlayış var. Uşaqlara həmişə nağıllar danışılıb. Hətta laylalarımızın belə tərkibində təlqin mövcuddur - “tez böyü”, “igid böyü”, yaxud “gözəl böyü”. Adi əzizləmələrimizdə də övladlarımıza ünvanlanan təlqinlər təhtəlşüura təsir edir. 
İndi bunu nağıllarımıza yansıdaq. 
Uşaqlar üçün hazırlanmış xırda və böyük həcmli nağılların hamısında təlqin var - yaxşını-pisi ayırd etmək, müsbət və mənfi obrazları tanımaq, dostluq münasibətləri necə olmalıdır, valideynlərə münasibət necə qurulmalıdır, ictimai etika nədir, cəmiyyətdə özünü necə aparmaq lazımdır, doğru insan hansı keyfiyyətlərə sahib olmalıdır – bütün bunlar nağıllarda obrazların timsalında uşağın təhtəlşüuruna yeridilir. 
Diqqət etsəniz, demək olar ki, bütün nağıllarda bu mövzulara toxunulur. Şifahi xalq nağılları zamanla filmə, cizgi filmlərinə çevrilib. Bu da təsiri daha da gücləndirir. Çünki obrazlı, vizual və hərəkətli formada təqdim olunan material uşağın təhtəlşüuruna daha yaxşı hopur və yadda daha uzun müddət qalır. Məhz buna görə də hər bir nağılın, hər bir kiçik və ya böyük hekayənin, hətta hər bir sözün uşağın təhtəlşüurunda, dünyagörüşündə və xarakterinin formalaşmasında çox böyük rolu var. 
Bu təsir yalnız davranışla məhdudlaşmır; uşağın nitqinə, həyatı qavrama tərzinə, akademik dəyərlərinə və düşüncə sisteminə qədər uzanır. Desək ki, bu sahələrdə əsas rolları oynayır, yanılmarıq.
Nağıllar valideyn–uşaq münasibətlərinin tənzimlənməsində də mühüm rol oynayır. Məsələn, nağılda dovşanın anasına qarşı düzgün davranmaması vurğulanır, sonra onun utandığı göstərilir. “Bu düzgün olmadı”, “ayıb idi”, “utandı” kimi mesajlar uşağa obrazların mimikası və davranışı vasitəsilə ötürülür. Uşaq üzülməyi, sevinməyi, hirsi, kədəri də məhz cizgi filmləri və nağıllar vasitəsilə öyrənə bilir”.
F.Mehmanqızı valideynlərə tövsiyə edib ki, uşaqlar cizgi filminə baxarkən onlarla birlikdə baxsınlar:
“Məqsəd odur ki, oradakı müsbət və mənfi obrazlar düzgün mənimsənilsin. Hər bir ailənin öz dəyərləri, öz xarakteri var. Necə ki, insanların xarakteri fərqlidir, ailələrin də həyata baxışı və yaşam tərzi müxtəlifdir. Valideyn baxmalıdır ki, həmin cizgi filmi onun ailə dəyərlərinə, yetişdirmək istədiyi övladın xarakterinə uyğundurmu? 
Valideyn özü cizgi filmini analiz etməlidir. Əgər görürsə ki, hər şey qaydasındadır, nitqdə problem yoxdur, uşaq eşitdiyini qavraya və ifadə edə bilir, o zaman uşaqlarla birlikdə həmin cizgi filmini müzakirə etmək lazımdır. Məsələn, “Bax, aslan balası burada düzgün davranmadı”, “Görürsən, necə utandı?”, yaxud “Fil nə qədər qəhrəmandır, necə düzgün addım atdı”. Uşağa cizgi filmini analiz etməyi öyrətmək vacibdir”.
Psixoloq eyni yanaşmanın oyunlara da aid olduğunu deyib. Onun sözlərinə görə, uşaq oyun zamanı öz xarakterini ortaya qoyur:
“Xüsusilə yarışma oyunlarında uşağa həm udmağı, həm də uduzmağı öyrətmək lazımdır. Çünki uşaq hisslərini uşaqlıqdan tanımalı, qəbul etməli və idarə etməyi bacarmalıdır. Daim qalibiyyətə meyl edən uşaq eqoist ola bilər. O, uduzanda da özünü necə aparacağını, emosiyalarını necə cilovlayacağını öyrənməlidir. Bu səbəbdən nağıl terapiyası, oyunlar və cizgi filmi qəhrəmanları valideynin ailə dəyərlərinə və yetişdirmək istədiyi övladın xarakterinə uyğun seçilməlidir”.
Bəs cizgi filmlərinin uşağa mənfi təsir etdiyini necə anlaya bilərik?
Mütəxəssis qeyd edib ki, əgər uşağın nitqində problem varsa, ilk olaraq loqopedə müraciət etməzdən əvvəl onun hansı cizgi filmlərinə baxdığını analiz etmək lazımdır:
“Oradakı obrazların nitqi necədir? Tez-tez danışırlarmı? Aydın danışırlarmı, yoxsa ağız tənbəlliyi ilə, sadə və məhdud sözlərləmi danışırlar? Dialoqlar uşağın yaşına uyğundurmu və uşaq eşitdiklərini ifadə edə bilirmi? Bu məqamlara diqqət yetirilməlidir. Eyni zamanda, cizgi filmlərində təqdim olunan davranışların ailə dəyərlərinə zidd olub-olmaması da qiymətləndirilməlidir. Valideyn əvvəlcə özü baxmalı, sonra uşağı ilə birlikdə izləməli və gördüklərini izah etməlidir. “Uşaq baxır, kifayətdir” yanaşması düzgün deyil. İzah və müzakirə olduqda mesaj uşağın təhtəlşüuruna daha sağlam şəkildə hopur”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Fevral 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri