Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün yaxşı imkanların olduğunu deyib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.
Çində Rusiya prezidenti Vladimir Putinlə görüşü və Ukrayna münaqişəsinin müzakirəsinə münasibət bildirən Tramp deyib:
“Bizim sülhün əldə olunması ilə bağlı çox yaxşı danışıqlarımız gedir. Düşünürəm ki, uğur qazanmaq üçün real şanslarımız var”.
Tramp həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranının sülh yolu ilə həllinə nail olmaq istəyini açıq şəkildə ifadə edib.
“Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirdim. O, Rusiya ilə Ukrayna arasında müharibənin diplomatik vasitələrlə başa çatdırılmasını istədiyini açıq şəkildə bildirdi”, –Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Noyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















