8 yaşlı bəy lə 13 yaşlı gəlin in toyu ölkəni ayağa qaldırdı Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Rusiyanın Həştərxan vilayətində 8 yaşlı oğlan və 13 yaşlı qızın "toy" görüntüləri sosial şəbəkələrdə böyük əks-səda doğurub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, videoda gəlinlik və bəy kostyumu geyinmiş uşaqların könülsüz rəqs etdiyi görünür.
Aralarındakı boy fərqinə görə rəqs etməkdə çətinlik çəkən uşaqlar qonaqlar tərəfindən alqışlanıb, ətrafda rəngarəng işıqlar və atəşfəşanlıq diqqəti cəlb edib.
Yerli KİV-lər qeyri-qanuni toyu qaraçı icmasından olan iki ailə arasında, qızın anası tərəfindən təşkil edildiyini yazıb.
Rusiya Dövlət Dumasının Ailə Müdafiə Komitəsinin rəhbəri Nina Ostanina hadisəyə sərt reaksiya verib.
"Rusiya vətəndaşı olan hər kəs ölkə qanunlarına riayət etməlidir, qaraçı olmayan ailələri uşaq istismarına görə cəzalandırırıqsa bu ailələri gözardı edə bilmərik".
Qeyd edək ki, Rusiyada evlənmək üçün minimum yaş həddi 18-dir. Yalnız xüsusi hallarda 16 yaşlı yeniyetmələrin yerli hakimiyyət orqanlarının razılığı ilə evlənməsinə icazə verilir. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Yanvar 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















