Bu ölkədə 7.1 bal gücündə zəlzələ oldu
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
İndoneziyada 7,1 bal gücündə zəlzələ baş verib.
“Yeni Sabah” beynəlxalq mediaya istinadən xəbər verir ki, zəlzələ noyabrın 17-də səhər saatlarında İndoneziyanın Maluku bölgəsi yaxınlığında, Banda dənizində qeydə alınıb.
İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, yeraltı təkanların episentri Cənub-Şərqi Malukudan təxminən 132 kilometr cənub-qərbdə, dənizdə yerləşib. Zəlzələnin ocağı 97 kilometr dərinlikdə olub. İnternetdən sifariş
Malayziyanın milli xəbər agentliyi BERNAMA-nın məlumatına görə, ilkin olaraq 7,1 bal gücündə qeydə alınan zəlzələnin maqnitudası sonrakı hesablamalarda 6,8-ə endirilib.
Yeraltı təkanlar Maluku və Papua bölgələri də daxil olmaqla, İndoneziyanın bir sıra ərazilərində hiss olunub. Saumlaki, Tual, Soronq və Manokvari şəhərlərində sakinlər titrəyişləri hiss ediblər.
BMKG zəlzələnin sunami təhlükəsi yaratmadığını açıqlayıb. Agentliyin yerli vaxtla saat 04:25-ə olan məlumatına əsasən, həmin vaxtadək afterşoklar qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, İndoneziya Sakit okeanın “Odlu halqası” adlanan seysmik fəal zonada yerləşir. Bu səbəbdən ölkədə tez-tez zəlzələlər baş verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 Noyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















