Icma.az
close
up
RU
80 ildən sonra...

80 ildən sonra...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Kensinqton Müqaviləsi” Britaniya və Almaniya arasında əlaqələri gücləndirəcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts iyulun 17-də Londonda müdafiə və miqrasiya sahəsində mühüm saziş imzalayıblar. Xarici işlər nazirləri Devid Lemmi və Yohan Vadefulun da qatıldıqları imzalanma mərasimi Viktoriya və Albert Muzeyində baş tutub. “Kensinqton Müqaviləsi” adlanan bu sənəd 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından bəri Böyük Britaniya ilə Almaniya arasında imzalanan ən böyük saziş kimi qiymətləndirilir.

Müqavilə müdafiə və miqrasiya sahəsində əməkdaşlığı nəzərdə tutur

İmzalanmadan sonra Kansler və Baş nazir Daunin Stritdə bir araya gəliblər. Dauninq Stritdən verilən açıqlamaya görə, Almaniya bu ilin sonunadək qanunvericiliyini sərtləşdirərək Britaniyaya qeyri-qanuni miqrant axını təşkil edən cinayətkar şəbəkələrə qarşı tədbirləri gücləndirəcək.

“Kensinqton müqaviləsi” adlanan sənəd müdafiə, miqrasiya və strateji əməkdaşlıq kimi əsas sahələri əhatə edir. Böyük Britaniyanın Baş naziri K.Starmer vurğulayıb ki, bu, hazırkı şəraitdə iki ölkə arasındakı münasibətlərin yaxınlığını və daha sıx əməkdaşlıq üçün ambisiyaları əks etdirir. Yeni saziş, xüsusilə, birgə istehsal olunan hərbi avadanlığın ixracını asanlaşdıracaq. Baş nazirin sözlərinə görə, saziş sadəcə bəyannamə deyil: “Bu, ölkələrimizin nə qədər yaxın olduğunu və gələcək üçün birgə planlarımızın nə olduğunu göstərən tarixi sənəddir. Bu qeyri-sabitlik dövründə ölkələrimiz və hökumətlərimiz arasında sıx münasibətlər xüsusilə vacibdir”.

Almaniya Kansleri F.Merts isə bildirib ki, “Kensinqton müqaviləsi”ni imzaladıqdan dərhal sonra bunun İkinci Dünya Müharibəsindən bəri Britaniya və Almaniya arasında ilk müqavilə olduğunu öyrəndikdə “təəccüblənib”. “Siz Avropa İttifaqında idiniz və biz düşünürdük ki, bu kifayətdir. Amma indi başa düşürük ki, bu, kifayət deyil, ona görə də bu istiqamətdə daha çox iş görməliyik”, - Almaniya Kansleri Fridrix Merts belə bir sazişin imzalanmasını Almaniya-Britaniya münasibətləri üçün tarixi gün adlandırıb.

İki ölkəni Rusiya təhlükəsi birləşdirir?

Sənədin geosiyasi vəziyyətdə köklü dəyişikliklər və Rusiya təhlükəsi ilə əlaqədar iki ölkə arasında strateji tərəfdaşlığı da nəzər tutduğu qeyd olunur. Qeyd edək ki, Böyük Britaniya ilə Almaniya arasındakı münasibətləri effektiv, amma səssiz bir ittifaq kimi qiymətləndirmək olar. Lakin 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra münasibətlər sürətlənib, “Brexit”dən sonra intensivləşib və Rusiya-Ukrayna müharibəsi ilə yeni mərhələyə qədəm qoyub. Bu canlanmaya baxmayaraq, siyasi faktorlar, geosiyasi təhdidlərə dair müxtəlif qavrayışlar və fərqli strateji mədəniyyətlər indiyədək münasibətləri konkret şəkildə dərinləşdirmək üçün tam yetərli olmayıb.

Xatırladaq ki, hər iki ölkənin müdafiə nazirləri ötən il oktyabrın 23-də Britaniya-Almaniya hərbi əməkdaşlığında yeni səhifə açan müdafiə sazişi imzalamışdılar. “Trinity House” Müqaviləsi də Avropanın ən yüksək müdafiə xərclərini ödəyən iki dövləti arasında əlaqələrin dərinləşməsinə təkan verir, hava, quru, dəniz, kosmos və kiber olmaqla, diqqəti bütün sahələrdə hərbi əməkdaşlığın artırılmasına yönəldir. NATO və Avropanın təhlükəsizliyi üçün mühüm addım olan bu təşəbbüs hər iki ölkənin kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından kritik məzmun kəsb edir. Müqavilə müxtəlif formalarda əməkdaşlığı nəzərdə tutur. İlk növbədə, NATO-nun Baltikyanı ölkələrdə şərq cinahının gücləndirilməsinə diqqət yetirilib, Rusiyanın mümkün hücumuna qarşı daha ardıcıl və effektiv çəkindiricilik məqsədilə Britaniya və Almaniya orduları arasında birgə təlimlər keçirilir. İki ölkə logistika, anbar və tədarük imkanlarını bölüşərək, əməliyyat səmərəliliyini artırmağı hədəfləyib.

NATO müttəfiqləri kimi...

“Kensinqton Müqaviləsi”nin imzalanması isə bu istiqamətdə əlaqələri daha da gücləndirəcək. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığa uzun mənzilli raketlər, pilotsuz uçuş aparatları və yeni nəsil döyüş təyyarələri kimi insanlı platformalar və oxşar məhsullar daxildir. Həmçinin Avropa müdafiə sistemlərinin hərbi texnologiyanın ən qabaqcıl səviyyəsində qalmasını təmin etmək üçün işlərin digər müttəfiqlərlə sıx koordinasiyada aparılacağı vəd edilir.

Son zamanlar artan təhdidlər nəticəsində Avropa İttifaqı  həm struktur, həm də üzv dövlətlərin müdafiə qabiliyyətini yeni qurumlar, qərarlar və vəsaitlərlə artırmağa çalışır. Bununla belə, bütün bu xərclərin müdafiə mexanizmini gücləndirməsində siyasətçilərin “güclü əli” yoxdur. Buna görə də Avropa hökumətləri regionda hərbi cəhətdən güclü müttəfiqlərlə daha çox işləmək istəyir. Ancaq Aİ iki ən böyük müdafiə büdcəsindən birinə sahib olan üzv dövlətin ayrılmasından təsirləndi. “Brexit”dən sonra  hamı razılaşır ki, Aİ və onun üzv dövlətlərinə təsir edən müdafiə problemi birbaşa Britaniyanın milli maraqlarına təsir edəcək və eyni şey əksinə də baş verəcək. Digər tərəfdən, Avropada artan təhlükəsizlik müzakirələri və Donald Trampın Ağ Evə qayıdışının NATO-ya və xüsusən də Ukraynadakı müharibəyə təsiri Avropanın öz müdafiəsi üçün daha çox məsuliyyət daşıması çağırışına səbəb olub. Britaniyasız isə Avropa İttifaqının müdafiə siyasəti nisbətən zəif görünür. Bununla belə, tərəflərin NATO müttəfiqləri olduğunu nəzərə alsaq, Almaniya-Britaniya əlaqələri yeni müqavilə əsasında daha da inkişaf edəcək. 

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyul 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see493

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see441

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see355

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see345

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see266

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see261

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see256

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see250

Avqustun 12 də nə baş verəcək?

11 Avqust 2026 02:17see235

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see233

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see231

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see231

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see225

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see221

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see214

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see209

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see207

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see204

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see180

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri