80 min insan Novruzu Qarabağda qeyd edəcək
Icma.az bildirir, Axar.az portalına istinadən.
Bu gün də daxil olmaqla, işğaldan azad edilmiş ərazilərə ümumilikdə 80 mindən çox insan köç edib və fəaliyyət göstərir. Bu göstəriciyə yalnız keçmiş məcburi köçkünlər deyil, həm də bölgədə həyata keçirilən layihələrdə çalışan mütəxəssislər, müxtəlif dövlət qurumlarının yerli bölmələrində xidmət edən əməkdaşlar, eləcə də yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən şəxslər daxildir.
Bu sözləri Axar.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və ya bərpa edilərək istifadəyə verilib.
Beləliklə, builki Novruz bayramını Qarabağda qeyd edəcək insanların sayı da 80 min nəfərdən çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Mart 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















