80 yaşdan sonra işləyənlərin sayı artıb BU ÖLKƏDƏ
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyada 80 yaşdan sonra işləməyə davam edən insanların sayı son dörd ildə 15 faiz artaraq 2025-2026-cı illərdə 61 700 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, “The Telegraph” qəzeti HM Gəlir və Gömrük Xidmətinin (HMRC) məlumatlarına istinadən yazır ki, eyni dövrdə 70 yaşdan sonra işləyən britaniyalıların sayı da 12 faiz artaraq təxminən 473 min nəfər olub.
Mütəxəssislər bu tendensiyanı insanların ömür uzunluğunun artması, yaşayış xərclərinin yüksəlməsi və pensiya yığımlarının kifayət etməməsi ilə əlaqələndirirlər.
Lubbock Fine Wealth Management şirkətinin maliyyə məsləhətçisi Nikolas Klark bildirib ki, pensiyaya çıxmaq artıq yalnız müəyyən yaşa çatmaqla bağlı deyil. Onun sözlərinə görə, bir çox insan seçimdən deyil, maddi zərurətdən işləməyə davam edir.
Keçmiş pensiya naziri, hazırda LCP konsaltinq şirkətinin tərəfdaşı olan Stiv Uebb isə qeyd edib ki, bəzi yaşlı insanlar üçün işləmək həmkarları ilə ünsiyyəti qorumaq və özlərini cəmiyyətə faydalı hiss etmək baxımından da əhəmiyyətlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Noyabr 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















