Icma.az
close
up
RU
800 min erməniyə MÖHTAC qalan ölkə İFŞA faktı

800 min erməniyə MÖHTAC qalan ölkə İFŞA faktı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ məsələsinə yanaşması rasional səbəblərdən deyil, daxili siyasi maraqlardan qaynaqlanır”. Bunu Modern.az-a fransalı jurnalist Jan Mişel Brun deyib.

Onun sözlərinə görə, Parisin bu mövqeyinin əsas səbəblərindən biri Fransada yaşayan çoxsaylı erməni diasporunun seçki proseslərinə təsir imkanlarıdır: “Fransa hökumətinin Azərbaycan və Ermənistan arasındakı münaqişəyə, eləcə də Qarabağ məsələsinə münasibəti mənim üçün o qədər də maraqlı deyil. Çünki bu siyasətin arxasında heç bir rasional və məntiqli səbəb yoxdur. Əsas motiv Fransada təxminən 800 min erməninin yaşaması və onların əsasən Paris, Lion və Marsel kimi böyük şəhərlərdə məskunlaşmasıdır. Fransa hökuməti və siyasi partiyalar bu məsələyə daha çox seçki prizmasından yanaşır. Onlar nə Ermənistan, nə də Azərbaycan xalqını düşünür. Onları maraqlandıran tək məsələ seçkilərdə səs qazanmaqdır”.

Mişel Brun əlavə edib ki, Fransadakı erməni diasporunun siyasi təsiri təkcə say üstünlüyü ilə deyil, həm də fəallığı ilə bağlıdır. Qeyd edək ki, Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Əhalinin sayı 68 milyondan çoxdur.

O halda 68 milyonluq ölkə 800 min erməninin əlində niyə əsir-yesir qalıb? Nəhəng Fransada seçkilərin taleyinə cəmi 800 min nəfər necə təsir edə bilər ki?

Hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a qeyd edib ki, fransalı jurnalistin bu fikri ilk baxışdan bir qədər emosional və məsələyə sadəşdirilmiş yanaşma təsiri kimidir: “Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən və Avropanın əsas dövlətlərindən biri olan Fransanın seçicilərinin çox az bir hissəsini təşkil edən erməni diasporu tərəfindən yönləndirildiyi həm təəccüblü, həm də bir o qədər inandırıcı olmayan kimi görünür. Lakin bu fikir ümumi şəkildə faktiki vəziyyəti əks etdirir və reallığa daha çox yaxındır. Məsələ bundan ibarətdir ki, demokratik rejimlərdə, o cümlədən Fransada müəyyən bir qrupun hakimiyyətə və onun siyasətinə təsir imkanları həmin qrupun üzvlərinin sayı ilə və bu sayın seçicilərin ümumi sayına nisbəti ilə müəyyən olunmur. Yəni siyasi təsir qruplarının faktiki imkanlarını yalnız rəqəmlərlə qiymətləndirmək düzgün deyil və heç də həmişə əhalinin sayına proporsional olmur. Yaxşı təşkilatlanmış, fəal və siyasi cəhətdən səfərbər olan azsaylı seçici qrupu, o cümlədən diaspor və lobbi qrupu milyonlarla passiv seçicidən daha böyük təsir gücünə malik ola bilir. Başqa sözlə, seçici qruplarının siyasi həyata və proseslərə təsir gücünün mənbəyi sadəcə say deyil. Bu məsələdə mühüm olan seçicinin və qrupun coğrafiyası, təşkilatlanma səviyyəsi, institusional əlaqələri, siyasi fəallığı və uzun illər ərzində formalaşdırılmış etimad kapitalıdır. Göstərilən amillər nəzərə alınmaqla, erməni lobbisi bu gün Fransanın ən uğurlu təşkilatlanmış və çevik etnik icmalarından biridir və onun təsir gücü məhz bu xüsusiyyətlərdən qaynaqlanır. Fransanın mövcud seçki sistemi də bu məsələdə az əhəmiyyət kəsb etmir və erməni lobbisinin ciddi təsirini mümkün edən əsas amillərdən biridir”.

Q.Əlibəyli onu da deyib ki, Fransa parlamentinin aşağı palatası olan Milli Məclis ümumi seçki hüququ əsasında birmandatlı dairələr üzrə iki turlu majoritar sistemlə keçirilir: “Bu sistemdə seçicilərin bütün ölkə üzrə deyil, konkret dairədə səs çoxluğunu qazanmaq lazımdır. Parlamentin yuxarı palatası olan Senat departamentlər üzrə müxtəlif seçki sistemləri əsasında birbaşa olmayan seçkilər vasitəsilə seçki kollegiyası adlanan xüsusi qurum tərəfindən seçilir. Seçki kollegiyasının tərkibində müvafiq departamentin, həmin departamentin tərkibinə daxil olan bölgələrin və kommunaların bələdiyyə üzvləri çoxluq təşkil edir. Yəni hər 2 palataya seçkilərdə ölkə əhalisinin ümumi sayı deyil, müəyyən dairələrdə cəmləşməsi həlledici rol oynayır.

Fransadakı erməni icmasının əsas hissəsi Paris və ətrafı, Lion, Marsel və başqa iri şəhərlərdə yaşayır. Regional və yerli siyasi həyatda fəal iştirak edir. Bu şəhərlərin merləri ənənəvi olaraq ölkənin ən nüfuzlu siyasətçiləri sırasında yer alırlar. Bu da bir reallıqdır ki, seçkilər dövründə siyasətçilərin əksəriyyəti qlobal geosiyasi maraqlara deyil, rəqiblərinə nisbətən daha çox səs toplayaraq qalib gəlməyə üstünlük verirlər. Belə bir şəraitdə siyasətçilərin fəal şəxslərə, o cümlədən etnik icmaların dəstəyinə daha çox ehtiyacı olur. Erməni diasporu da ilk növbədə məhz bu səviyyədə təsir göstərir. Beləliklə, Fransada erməni icmasının üstünlüyü yalnız siyasi fəallığında və uzun illər ərzində formalaşdırdığı institusional əlaqələrdir. Fransada fəaliyyət göstərən erməni təşkilatları siyasi partiyalar, perspektivli siyasətçilər, senatorlar, deputatlar, merlər, bələdiyyə üzvləri, media nümayəndələri ilə universitet və akademik mərkəzlərlə davamlı işləyirlər. Həm də bu fəaliyyət yalnız seçkidən seçkiyə deyil, seçkilərarası dövrdə də fasiləsiz şəkildə aparılır. Nəticədə Ermənistanla bağlı hər hansı bir məsələ gündəmə gələndə artıq hazır münasibətlər şəbəkəsi mövcud olur.

Bununla belə, Fransanın Güney Qafqaz siyasətini yalnız erməni icması və diasporu amili ilə izah etmək də yanlışlıq olardı. Fransanın Güney Qafqaz siyasətinə təsir edən daha böyük geosiyasi faktorlar mövcuddur. Fransa ilk növbədə Avropa İttifaqında liderliyini möhkəmləndirmək və davamlı etmək istəyir. Rusiyanın zəiflədiyi şəraitdə Cənubi Qafqazda yeni siyasi balans formalaşdırmağa, Türkiyənin və Azərbaycanın regiondakı nüfuzunun artmasını əngəlləməyə çalışır. Avropa İttifaqının genişlənmə siyasəti, enerji təhlükəsizliyi, regional kommunikasiya və bağlantı layihələri, İran faktoru və NATO daxilindəki maraqlar da bu siyasaətin prioritetlərinə təsir göstərir. Ermənistan bu geosiyasi strategiyada Fransa üçün daha münasib tərəfdaş kimi görünür. Eyni zamanda, Fransanın yeni müstəmləkəçilik siyasətinin Azərbaycan tərəfindən ictimailəşdirilməsi və ifşası da bu ölkənin Güney Qafqaz siyasətinə təsir göstərən amillərdən biri kimi nəzərdə keçirilməlidir. Deməli, seçki amili geosiyasəti əvəz etmir. Sadəcə onu tamamlayır”.

Onun fikrincə, Fransanın Ermənistan siyasətini yalnız "800 min erməni seçicisi" ilə izah etmək kifayət deyil: “Fransada siyasi təsirin mənbəyi sadəcə say deyil. Həlledici olan seçicinin coğrafiyası, təşkilatlanma səviyyəsi, institusional əlaqələri, siyasi fəallığı və uzun illər ərzində formalaşdırılmış etimad kapitalıdır. Erməni diasporu bu baxımdan Fransanın ən uğurlu təşkilatlanmış etnik icmalarından biridir və onun təsiri məhz bu xüsusiyyətlərdən qaynaqlanır. Azərbaycan üçün isə əsas nəticə ondan ibarətdir ki, Fransa ilə dialoq yalnız hökumətlər arasında deyil, bütövlükdə Fransa cəmiyyətinin bütün təsir mərkəzləri ilə aparılmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 İyul 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri