Icma.az
close
up
RU
83 il sonra susdurulan səs : Vəziyyət dəyişə bilər Yaxın 2 3 ayda...

83 il sonra susdurulan səs : Vəziyyət dəyişə bilər Yaxın 2 3 ayda...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Martın 14-də ABŞ Prezidenti Donald Trampın 7 federal qurumun ləğvi barədə fərman imzalaması ictimaiyyətimizdə müzakirələrə səbəb olub. Belə ki, həmin qurumlar arasında “Azadlıq Radiosu” və “Amerikanın Səsi”ni idarə edən Qlobal Media Agentliyi də yer alır. Sənəddə qeyd olunub ki, qurumların rəhbərləri öz struktur funksiyaları və onlarla bağlı olan personalı qanunla müəyyən edilmiş minimum həddə qədər azaltmalıdır.

Bəlli oldu ki, “Amerikanın səsi” radiostansiyası 1300-dən çox əməkdaşını inzibati məzuniyyətə buraxıb və 83 ildə ilk dəfə yayımını dayandırıb. Necə deyərlər, soyuq müharibənin ən nəhəng media platforması, ideoloji silahı “utilizasiyaya” göndərilib.

Globalinfo.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, artıq Amerika cəmiyyəti, bütövlükdə dünya Donald Trampın qeyri-standart qərarlar qəbul etməsinə alışıb:

“Bu gün ABŞ-ın bir çox ştatlarında məhkəmələr Trampın qərarlarına embarqo qoyub. Eyni zamanda “Amerikanın səsi” və “Azadlıq Radiosu”nun bağlanması da bu sıradadır. Digər tərəfdən, birbaşa ABŞ Konqresi sözügedən media orqanlarını maliyyələşdirməklə məşğul olur. Lakin indi Tramp prezident olduğuna görə müəyyən səlahiyyətləri var. Bunun uzunmüddətli və ya dəyişən qərar olması barədə qəti fikir bildirmək olmaz. Çünki Ağ Ev rəhbərinin 100 günü tamam olandan sonra məsələ geniş şəkildə müzakirə olunacaq”.

Qulu Məhərrəmli

Professorun fikrincə, indiki şəraitdə Trampın qərarı hökumətin xarici siyasətini əhatə edir:

“Amerikanın səsi” və “Azadlıq” kimi radiolar ölkə daxilində yayımlanmır. Ona görə də media qurumlarının fəaliyyətinin dayandırılması ABŞ-ın söz azadlığı və ya demokratiyadan geri çəkilməsi kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, ABŞ öz daxilində, Avropa mərkəzlərində, bir sıra beynəlxalq təşkilatlarda demokratiya və mətbuat azadlığının küncə sıxışdırılması ilə bağlı narahatlıqlar var. Hesab edirəm ki, yaxın 2-3 ay ərzində bu sahəyə aydınlıq gətiriləcək”.

Qeyd edək ki, “Amerikanın səsi” radiostansiyası ilk dəfə 1942-ci ildə yayıma başlayıb. Onun təxminən 260 milyon dollar illik büdcəsi var idi.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri