Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Dünya bazarında buğdanın qiyməti ardıcıl dörd aylıq artımdan sonra aşağı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd edilib.
Məlumata görə, təşkilatın Taxıl Qiymətləri İndeksi 2026-cı ilin oktyabrında orta hesabla 116,8 bənd təşkil edib.
Bu, sentyabr ilə müqayisədə 5,5 bənd və ya 4,5%, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə isə 13,1 bənd və ya 12,6%azdır.
Buna, əsasən, beynəlxalq tələbatın zəif olması və xüsusilə Argentinada istehsal proqnozlarının yaxşılaşması təsir göstərib. Qara dəniz vasitəsilə ixrac axınlarına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı gözləntilər də qiymətlərin azalmasına təzyiq göstərib.
Qarğıdalının qiyməti də sentyabrda ucuzlaşıb.Buna ABŞ-də məhsul yığımı ilə əlaqədar təklifin artması, Cənubi Amerikanın əsas ixracatçı ölkələrində bol məhsul gözləntiləri və Qara dəniz regionunda gərginliyin azalması perspektivlərinin yenidən gündəmə gəlməsi təsir edib.
Digər dənli bitkilərdən arpa və sorqonun qiymətləri də aşağı düşüb. Avstraliyada məhsul perspektivlərinin əlverişli olması arpanın qiymətinə əlavə azaldıcı təzyiq göstərib.
Bunun əksinə, FAO-nun Düyü üzrə Ümumi Qiymət İndeksi 2026-cı ilin oktyabrında 1,6% artıb. Düyü ixrac edən bəzi ölkələrdə məhsul yığımının gecikməsi əlverişsiz hava şəraiti və artan xərclərin qiymətlərə göstərdiyi yüksəldici təzyiqi daha da gücləndirib.
Baxış sayı:129
Bu xəbər 11 Noyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















