"Temu"da kəskin bahalaşma...
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son vaxtlar onlayn alış-veriş platformaları olan "Temu" və "Тrendyol"da qiymətlərin kəskin artdığı bildirilir. Alıcıların sözlərinə görə, əvvəllər daha ucuz qiymətə aldıqları bir çox məhsul son bir ayda xeyli bahalaşıb.
Axar.az xəbər evrir ki, İqtisadçı Günay Hüseynova "Bakupost"a açıqlamasında "Temu" və "Тrendyol" kimi beynəlxalq onlayn alış-veriş platformalarında qiymətlərin artmasının bir neçə iqtisadi amillə izah etmək olduğunu deyib.
Onun sözlərinə görə, ilk növbədə, beynəlxalq logistika və daşınma xərclərinin, istehsal və təchizat maya dəyərinin yüksəlməsi məhsulların yekun satış qiymətinə birbaşa təsir göstərir:
"Eyni zamanda, valyuta məzənnələrindəki dəyişikliklər və konvertasiya xərcləri də istehlakçıların ödədiyi məbləği artırır.
Digər mühüm amil platformaların qiymət siyasətidir. "Temu" kimi platformalar bazara daxil olduqları ilkin mərhələdə müştəri cəlb etmək məqsədilə aqressiv endirimlərdən, kuponlardan və subsidiyalaşdırılmış çatdırılmadan istifadə edirdilər. Zaman keçdikcə bu güzəştlərin azaldılması qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Yəni bahalaşmanın bir hissəsi maya dəyərinin artması ilə yanaşı, əvvəlki endirim siyasətinin zəifləməsi ilə də əlaqəlidir. "Тrendyol" baxımından Türkiyədə inflyasiya və istehsal xərclərinin artması da mühüm rol oynayır. Azərbaycan bazarında isə çatdırılma və gömrük prosedurları ilə bağlı xərclər sifarişlərin yekun dəyərinə təsir göstərə bilər".
İqtisadçının sözlərinə görə, yaxın aylarda qiymətlərin əvvəlki səviyyələrə qayıtması real görünmür:
"Logistika, istehsal və təchizat xərclərində artım davam edərsə, ayrı-ayrı məhsul kateqoriyalarında əlavə bahalaşma mümkündür. Bununla belə, rəqabət səbəbindən bütün məhsullar üzrə eyni səviyyədə qiymət artımı gözləmək düzgün olmaz. Nəticə etibarilə, mövcud bahalaşma həm qlobal xərc amilləri, həm də onlayn platformaların ilkin aqressiv endirim siyasətindən daha dayanıqlı kommersiya modelinə keçidi ilə əlaqələndirilə bilər. Qarşıdakı dövrdə kəskin ümumi bahalaşmadan daha çox, ayrı-ayrı məhsul qrupları üzrə mərhələli qiymət artımı gözlənilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















