Icma.az
close
up
RU
83 min nikahdankənar uşaq Cəmiyyətin qınağı uşağın psixologiyasını necə yaralayır?

83 min nikahdankənar uşaq Cəmiyyətin qınağı uşağın psixologiyasını necə yaralayır?

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib ki, statistikaya görə, son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib. O bildirib ki, bu ailə institutu üçün olduqca böyük faciəvi problemdir.

Bəs, nikahdankənar doğulan uşaqların psixologiyasına cəmiyyətin münasibəti necə təsir edir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan klinik psixoloq Elyaz Bornak bildirib ki, erkən yaşda hamiləlik və nikahdankənar doğumlar təkcə fərdi taleləri deyil, bütöv bir cəmiyyətin gələcəyini formalaşdıran hadisələrdir.

Onun sözlərinə görə, bu vəziyyətlərdə, xüsusilə 15–19 yaş arasında ana olma, bioloji baxımdan mümkün olsa da, psixoloji baxımdan çox zərərli nəticələr doğura bilər:

"Bu yaşda qızlar hələ öz kimliklərini formalaşdırma mərhələsindədirlər. Onlar emosional baxımdan hələ yetkin deyillər və “mən kiməm?” sualına cavab axtarırlar. Bu mərhələdə ana olmaq, insanın özünü dərk etmə prosesini kəsir və onu məcburi şəkildə “yetkin rola” daxil edir. Gənc ana çox vaxt bu məsuliyyətin ağırlığı qarşısında özünü gücsüz hiss edir. Cəmiyyətin qınağı, ailə tərəfindən dəstək görməmək və sosial təcrid hissi onun psixikasında dəyərsizlik, günahkarlıq və tərk edilmişlik duyğularını formalaşdırır. Bu hisslər sonradan depressiya, anksiyete, özünə inamsızlıq və valideynlikdə emosional soyuqluq kimi nəticələrə gətirib çıxara bilər. Gənc analar, xüsusilə psixoloji və sosial dəstək almadıqda, uşaqları ilə sağlam emosional bağ qurmaqda çətinlik çəkirlər. Bu isə uşağın da gələcək emosional tənzimləməsinə birbaşa təsir edir.

Uşaq yaşda evlilik, yəni 18 yaşdan əvvəl rəsmi və ya qeyri-rəsmi şəkildə ailə qurmaq təkcə fiziki yox, həm də ciddi psixoloji travma yaradır. Bu yaşda evlənən qızlar çox vaxt qərar vermək bacarığına sahib olmadan, sosial və ailə təzyiqi altında bu addımı atırlar. Bu vəziyyət bir növ “emosional uşaq istismarı” hesab olunur, çünki fərd hələ emosional müstəqillik qazanmayıb, lakin böyüklərin məsuliyyətini daşımağa məcbur edilir. Erkən nikah qadında bir sıra ciddi psixoloji fəsadlara səbəb ola bilər. Belə qadınlar çox zaman daimi qorxu və narahatlıq hissi yaşayır, travma sonrası stres pozuntusundan (TSSP) əziyyət çəkir, öz bədəni və şəxsi sərhədləri üzərində nəzarəti itirir. Onlar öz dəyərini yalnız “arvad” və “ana” rolu ilə əlaqələndirir, nəticədə təhsil, sosial əlaqə və şəxsi inkişaf imkanlarından məhrum qalırlar".

Psixoloq qeyd edib ki, nikahdankənar doğulan uşaqların yaşadığı travmaların çoxu birbaşa bioloji deyil, cəmiyyətin münasibətindən qaynaqlanır:

"Cəmiyyət onları çox zaman “fərqli”, “qeyri-qəbul edilən” və ya “etiketlənmiş” fərdlər kimi görür. Bu baxış onların özlərini qəbul etmə prosesini ciddi şəkildə pozur. Belə uşaqlarda psixoloji zədələr müxtəlif formalarda özünü göstərə bilər. Onlarda utanc və günahkarlıq hissi formalaşır, bu zaman uşaq “mən səhv bir şeyin nəticəsiyəm” kimi yanlış bir inanca qapıla bilər. Dəyərsizlik duyğusu yaranır, çünki onlar öz dəyərlərini cəmiyyətin onlara verdiyi statusla ölçməyə başlayırlar. Bundan əlavə, kimlik qarışıqlığı müşahidə olunur. Belə uşaqlar çox vaxt “mən kiməm və mənim yerim haradadır?” sualına cavab tapmaqda çətinlik çəkirlər. Bağlanma pozuntuları da tez-tez ortaya çıxır; əgər ana və ya ata fiqurlarından biri yoxdursa və ya münasibət qeyri-sabitdirsə, uşaqda emosional bağlanma qorxusu formalaşır. Nəhayət, sosial uzaqlaşma və ya üsyankar davranışlar baş verə bilər: qəbul edilmədiyini hiss edən uşaqlar ya özlərinə qapanır, ya da özlərini sübut etmək üçün aqressiv və ya üsyankar davranışlar sərgiləyirlər. Ən ağrılısı odur ki, bu travmalar uşağın özündən qaynaqlanmır cəmiyyətin reaksiyası, susqunluğu və hökmü onları formalaşdırır. Halbuki, bu uşaqların heç biri seçim etməyib. Onların tək ehtiyacı qəbul edilmək, sevilmək və anlayışla qarşılanmaqdır.

Bu reallıqla mübarizə aparmağın yeganə yolu maarifləndirmə, empatiya və psixoloji dəstək sistemlərinin gücləndirilməsidir. Gənc analara və nikahdankənar uşaqlara qarşı qınaq deyil, dəstək və anlayış göstərmək lazımdır. Məktəblərdə reproduktiv sağlamlıq, emosional savadlılıq və sosial məsuliyyət haqqında açıq söhbətlər aparılmalı, ailələr isə bu mövzularda maarifləndirilməlidir. Unutmaq olmaz ki, hər bir ana və hər bir uşaq hansı şəraitdə olursa-olsun sevgi, hörmət və qəbul haqqına malikdir. Cəmiyyətin sağlamlığı, bu haqqın hər kəsə bərabər tanınmasından başlayır.

Bu məsələnin köklü həlli yalnız fərdi səviyyədə psixoloji dəstək və empatiya ilə mümkün deyil, dövlət, təhsil sistemi və ictimai institutların birgə səyi tələb olunur. Cəmiyyətin ən zəif qruplarından biri olan gənc analar və nikahdankənar uşaqlar üçün sosial siyasətlər yalnız “yardım proqramı” deyil, insan haqları və gələcək nəsillərin psixoloji sağlamlığı məsələsidir.

Bu məsələ yalnız qanunla deyil, mədəni şüurun dəyişməsi ilə həll oluna bilər. Bunun üçün dini və ictimai liderlər qadın və uşaq haqlarını müdafiə edən açıq mövqe sərgiləməli, qadınların təhsildən və qərarvermə proseslərindən uzaqlaşdırılmasının qarşısı alınmalı, həmçinin sosial mediada bu mövzularda müsbət rol modelləri və maarifləndirici kampaniyalar həyata keçirilməlidir. Cəmiyyətin münasibətini dəyişdirmək üçün insanlara bir həqiqət xatırladılmalıdır: heç bir uşaq dünyaya gəlmə səbəbinə görə utanmamalı, heç bir qadın isə ana olduğu üçün cəzalandırılmamalıdır. Erkən nikah və nikahdankənar doğumlar yalnız sosial hadisələr deyil, bunlar emosional yaralar, travmalar və gələcək nəsillərin taleləridir".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri