Azərbaycan karateçiləri Dünya Kuboku üçün Çinə yola düşdülər
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Karate Federasiyasının milli komandası Çində keçiriləcək Dünya Kubokunda iştirak etmək üçün bu ölkəyə yola düşüb.
İdman.Biz xəbər verir ki, yarış noyabrın 20-22-də Hançjou şəhərində təşkil olunacaq.
Dünya Karate Federasiyasının (WKF) təqviminə daxil olan turnirdə 42 ölkədən 80 komanda və təxminən 400 idmançı mübarizə aparacaq.
Azərbaycan millisi kişilərin komanda kata və qadınların komanda kumite yarışlarında təmsil olunacaq.
Püşkün nəticəsinə əsasən, kişilərdən ibarət kata komandamız B qrupunda Türkiyə, Kolumbiya, Mərakeş və Honkonqla qarşılaşacaq.
Qadınlardan ibarət kumite komandamız isə D qrupunda Yaponiya, Meksika, Almaniya və Əlcəzairlə mübarizə aparacaq.
Yarışın reqlamentinə əsasən, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər. Noyabrın 20-21-də qrup və pley-off görüşləri, noyabrın 22-də isə medal qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, milli komandalar arasında Karate üzrə Dünya Kuboku ikinci dəfə təşkil olunur. İlk turnir 2024-cü ildə İspaniyanın Pamplona şəhərində baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Noyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















