70 il əvvəl adaya gətirdilər, indi sayını azalda bilmirlər
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Argentinada təxminən 70 il əvvəl bir adaya gətirilən gümüşü qırqovullar illər sonra ciddi problemə çevrilib. Alimlər sayı getdikcə artan bu quşların yad bitki növlərinin toxumlarını yayaraq adanın təbii bitki örtüyünə mənfi təsir göstərdiyini müəyyən ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 1950-ci illərdə Argentinanın Pataqoniya bölgəsində yerləşən Nahuel Huapi Milli Parkının Viktoriya adasına Cənub-Şərqi Asiya mənşəli gümüşü qırqovullar gətirilib.
Yeni yaşayış mühitinə uyğunlaşan quşlar zaman keçdikcə çoxalaraq adanın müxtəlif ərazilərinə yayılıblar. Lakin illər sonra aparılan araşdırmalar bu vəziyyətin gözlənilməz nəticələrə səbəb olduğunu üzə çıxarıb.
Təbiətin tarazlığını təhdid edirlərAlimlər müəyyən ediblər ki, gümüşü qırqovullar adaya kənardan gətirilmiş bitkilərin meyvə və toxumları ilə qidalanır, daha sonra həmin toxumları ifrazatları vasitəsilə müxtəlif ərazilərə yayırlar.
Nəticədə adada təbii şəkildə mövcud olmayan bəzi bitki növlərinin yayılması sürətlənir, yerli bitki örtüyünün qorunması isə çətinləşir.
Araşdırmadan diqqətçəkən nəticələr əldə edilibArgentina Milli Elmi və Texniki Tədqiqatlar Şurası (CONICET) və Komahue Milli Universitetinin alimləri tərəfindən aparılan araşdırmada gümüşü qırqovullara insanların fəaliyyətinin daha intensiv olduğu ərazilərdə daha çox rast gəlindiyi müəyyənləşdirilib.
Liman ətrafında hər hektara orta hesabla 5,69 gümüşü qırqovul düşdüyü halda, təbii mühitini daha yaxşı qoruyub saxlayan ərazilərdə bu göstərici 1,77 olub.
Fototələlər vasitəsilə aparılan digər araşdırmada isə səkkiz heyvan növünə aid 710 müstəqil görüntü qeydə alınıb. Görüntülərin 99,7 faizini adaya sonradan gətirilmiş heyvan növləri təşkil edib. Gümüşü qırqovullar isə 222 dəfə kameralara düşüb.
2021-ci ildə nəzarətə götürülüblərƏtraf mühitə mümkün təsirləri səbəbindən gümüşü qırqovullar 2021-ci ildə Argentinada istifadəsi və idarə olunması nəzarət altında saxlanılan növlər siyahısına daxil edilib. Lakin bu quşların Viktoriya adasından tamamilə çıxarılması barədə qərar qəbul olunmayıb.
Hazırda adada həyata keçirilən təbiəti mühafizə tədbirləri çərçivəsində kənardan gətirilmiş növlərin ekosistemə göstərdiyi mənfi təsirin azaldılması və yerli bitki örtüyünün bərpası hədəflənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 18 Noyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















