85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi “2 ay…”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".
“Yeni Sabah” xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.
"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.
Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var.
Bu mövzuda digər xəbərlər:Flora Kərimovanın səhhəti pisləşdi
05 Noyabr 2024 15:58
Flora Kərimovanın səhhəti PİSLƏŞDİ
05 Noyabr 2024 16:26
Baxış sayı:155
Bu xəbər 29 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















