Icma.az
close
up
RU
AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2002-ci ildən Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) uzun illər cəmiyyətə iqtisadi yüksəliş, sosial rifah və güclü dövlət vəd edib. Lakin hakimiyyətin ötən illər ərzində yürütdüyü siyasət nəticəsində Türkiyə bu gün yüksək inflyasiya, bahalaşma, dərinləşən sosial bərabərsizlik və hüquq sisteminə inamın zəifləməsi kimi ciddi problemlərlə üz-üzədir.

Bir vaxtlar regionun iqtisadi inkişaf modeli kimi təqdim olunan Türkiyədə bu gün milyonlarla insan gündəlik yaşayış xərclərini qarşılamaqda çətinlik çəkir, gənclərin gələcəyə inamı sarsılır, cəmiyyətdə siyasi qütbləşmə dərinləşir.


Beynəlxalq təşkilatların hesabatları və statistik göstəricilər də Türkiyənin bir sıra mühüm sahələrdə ciddi problemlərlə üzləşdiyini ortaya qoyur.
İqtisadiyyatın yükü: Yüksək inflyasiya və artan yaşayış xərcləri
Türkiyə iqtisadiyyatının ən yaralı yeri, şübhəsiz ki, nəzarətdən çıxan inflyasiya və gündəlik yaşayış xərclərinin sürətlə artmasıdır.
Türkiyə Statistika Komitəsinin məlumatlarına görə, ölkədə illik inflyasiya 31,51 faiz təşkil edib. Bu göstəriciyə görə Türkiyə dünyada inflyasiyanın ən yüksək olduğu 5 ölkə sırasındadır.

Bu bahalaşma dalğası özünü ən çox təməl ehtiyaclarda göstərir. OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Economic Outlook və Consumer Price Indices hesabatları, eləcə də TÜİK məlumatları təsdiqləyir ki, ölkə həm enerji, həm də qida inflyasiyasında bütün OECD üzvü olan ölkələri geridə qoyaraq birinci sıraya yüksəlib.


Milli valyutanın dəyərsizləşməsi və yüksək inflyasiyanı cilovlamaq cəhdləri isə Mərkəzi Bankın siyasətində kəskin addımlara yol açıb. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı faiz dərəcələrini 40-50% civarına qaldıraraq, dünyada ən yüksək faiz tətbiq edən ikinci ölkəyə çevrilib. Bu vəziyyət daşınmaz əmlak və kirayə bazarına da birbaşa təsir göstərib. OECD-nin Real Əmlak İndeksi və Knight Frank hesabatlarına görə, Türkiyə mənzil kirayə qiymətlərinin artım tempinə görə də liderliyi əldə saxlayır.
Həssas qrupların acınacaqlı vəziyyəti
İqtisadiyyatda yaşanan bu tənəzzül ən böyük zərbəni cəmiyyətin ən müdafiəsiz üzvlərinə — uşaqlara vurur. UNICEF-in Innocenti Report Card və OECD-nin Gəlir Bölgüsü Bazası göstərir ki, Türkiyə uşaq yoxsulluğunda ən pis 4 ölkə, ümumi uşaq rifahında isə ən pis 5 ölkə arasındadır.
 

Səhiyyə sistemindəki vəziyyət də ürəkaçan deyil, OECD və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) statistikası göstərir ki, hər 1000 doğuma düşən körpə ölümü nisbətində Türkiyə təşkilat daxilində ilk 3-lükdə yer alır.


Sosial Ədalət İndeksində də Türkiyə son sıralarda qərarlaşıb. Türkiyə OECD-nin statistikasına görə sondan ikinci pillədədir.  
Təbii ki, bu mənzərə vətəndaşların ruh halında da öz əksini tapır. BMT-nin Dünya Xoşbəxtlik Hesabatı və OECD-nin Daha Yaxşı Həyat İndeksi göstərir ki, Türkiyə həyat məmnuniyyəti dərəcəsinə görə OECD-nin ən sonuncu sıralarında qərarlaşıb.
İnsan kapitalı və ağır iş şəraiti
Ölkənin gələcəyini şərtləndirən insan kapitalı da böhranlı dönəmdən keçir. OECD-nin Education at a Glance hesabatındakı ən acınacaqlı göstəricilərdən biri gənclərin statusu ilə bağlıdır. Türkiyədə 15–29 yaş arası gənclərin 30%-ə yaxını nə təhsil alır, nə də hər hansı bir işdə çalışır. Bu göstərici ilə ölkə OECD-də 1-ci sıradadır.
Məşğul əhalinin iş şəraiti isə kifayət qədər ağırdır. OECD və Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatlarına görə, Türkiyədə çalışanların təqribən üçdə biri həftədə 50 saatdan çox işləyir. Bu da ölkəni OECD üzrə ən uzun iş saatlarına malik dövlətə çevirir.
Cəmiyyətin mənəvi deqradasiyası
Dövlət idarəçiliyinin və siyasi ritorikanın cəmiyyətə təsiri də dərin izlər buraxır. V-Dem İnstitutunun hesablamalarına görə, Türkiyə siyasi qütbləşmə səviyyəsinə görə 171 ölkə arasında 2-ci yerdədir. Siyasi qarşıdurmanın bu həddə çatması sosial etimada böyük zərbə vurub.

Dünya Dəyərləri Sorğusunun (World Values Survey) nəticələri göstərir ki, Türkiyədə "ölkənizdə insanlara etibar etmək olarmı?" sualına “bəli” cavabı verənlərin nisbəti cəmi 14 faiz təşkil edir və bu da ölkəni sosial etimadın ən aşağı olduğu 5 ölkədən birinə çevirir.


Digər bir kritik məsələ isə qadın hüquqları və təhlükəsizliyidir. OECD Gender Data Portal və BMT Qadın Agentliyinin məlumatları üzücü bir reallığı ortaya qoyur: Türkiyədə qadınların həyatları boyu fiziki və ya cinsi zorakılığa məruz qalma nisbəti təxminən 38%-dir və bu göstərici ilə OECD ölkələri arasında birincidir.
Hüquq, təhlükəsizlik və ədliyyə sisteminin reallıqları
AKP-nin idarəetmə mexanizminin ən çox tənqid olunan sahələrindən biri də hüquq və ədliyyə sistemidir. World Prison Brief (WPB) və Avropa Şurasının (SPACE I) məlumatlarına əsasən, Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı son illərdə kəskin artıb. Türkiyə bu göstəriciyə görə Avropada 1-ci, dünyada isə 8-ci sıradadır.
 

Nəhayət, təhlükəsizlik və şəffaflıq sahəsindəki problemlər də beynəlxalq indekslərdə öz əksini tapıb. Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüsün (GI-TOC) Qlobal İndeksinə görə, Türkiyə çirkli pulların yuyulması, insan alveri və narkotik dəhlizləri kimi indikatorlar üzrə 193 ölkə arasında 13-cü sırada yer alır.


Bütün bu beynəlxalq hesabatlar və rəsmi statistikalar göstərir ki, Türkiyənin mövcud idarəetmə modeli cəmiyyətin hər bir təbəqəsində dərin struktur izləri buraxmaqdadır və bu göstəricilər ölkənin təcili sosial-iqtisadi və hüquqi islahatlara ehtiyacı olduğunu aydın şəkildə nümayiş etdirir.
Bizim.Media-nın analitik qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Oktyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri