Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb olunub.
Bizim.Media xəbər verir ki, E.Əliyevlə birgə fəaliyyət göstərən həyat yoldaşı Ayçiçək Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 162.1.1 və 178.4-cü maddələrinə əsasən ittiham elan edilib.
A.Əliyevanın himayəsində azyaşlı övladının olması və ərinin xəstəliyi nəzərə alınaraq, istintaq müddəti üçün barəsində həbslə bağlı olmayan tədbir seçilib.
Qeyd edək ki, Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin dələduzluq ittihamı ilə saxlanılan rəhbəri Elsevər Əliyev də bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılmışdı. Lakin daha sonra xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmışdı.
Hər iki şəxs DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, daha əvvəl də adları çəkilən şəxslərlə bağlı araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib. Hazırda idarənin təhqiqat və istintaq şöbəsində araşdırmalar davam etdirilir. (Qafqazinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Oktyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















