Icma.az
close
up
RU
877 azyaşlı ana olub Problemin kökündə nə dayanır?

877 azyaşlı ana olub Problemin kökündə nə dayanır?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 877 azyaşlı ana qeydə alınıb. Uşaq nikahlarının və erkən hamiləliklərin qarşısının alınması məqsədilə illərdir müxtəlif maarifləndirmə kampaniyaları, görüşlər və tədbirlər keçirilsə də, problem hələ də aktualdır. Xüsusilə regionlarda qeydə alınan halların davam etməsi maarifləndirmə fəaliyyətlərinin effektivliyi, xidmətlərə çıxış imkanları və mövcud nəzarət mexanizmləri ilə bağlı suallar yaradır.
Bəs erkən nikahların və azyaşlı analığın qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Mövcud tədbirlər niyə gözlənilən nəticəni vermir və qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmləri yetərincə tətbiq olunurmu?
”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında bildirdi ki, problem şəxslərdən deyil, onun xidmətlərə çıxışının kifayət qədər şəffaf və əlçatan olmasından qaynaqlanır.
“Artıq bir çox ölkələrdə riskli davranışlı şəxslərin risk xəritəsi hazırlanır. Həmin xəritə vasitəsilə həssas və risk qrupuna aid şəxslərin xidmətlərə vaxtında çıxışı təmin edilir və problemin qarşısı alınır. Bu baxımdan qurumlararası koordinasiya güclü işləməlidir”.
O, hesab edir ki, bu sahədə boşluqlar məhz qarşılıqlı məlumat mübadiləsi prinsipləri üzrə hələ tam formalaşmayıb.
“Düzdür, operativ müdaxilə qrupları var, amma onlar daha çox hadisə baş verdikdən sonra hərəkətə keçirlər. Bu da qeyd olunan rəqəmlərdə öz əksini tapır.
Digər vacib maneə isə stereotiplərdir.
 

Problemi gizlətmək və onun vaxtında xidmətlərə çıxışına mane olmaq əsas çətinliklərdən biridir. Kifayət qədər xidmətlər mövcuddur, lakin stereotiplərin təsiri altında olan bəzi əhali qrupları problemi gizlətməyə üstünlük verirlər”.


M. Zeynalova qeyd edir ki, problemin aradan qalxması üçün həm yerli icmalarla işi gücləndirməyə, həm xidmətlərlə bağlı genişmiqyaslı maarifləndirmə aparmağa, həm də insanların öz problemlərini bölüşə bilmələri üçün qaynar xətlərin daha əlçatan və ünvanlı fəaliyyət göstərməsinə ehtiyac var.
Xədicə Paşayeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 İyun 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri