Icma.az
close
up
RU
880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü

880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kolumbiyanın Medellin şəhəri yaşıllaşdırmanın iqlimə təsirini göstərən ən uğurlu nümunələrdən biri hesab olunur. Şəhərdə həyata keçirilən "Yaşıl Dəhlizlər" (Green Corridors) layihəsi çərçivəsində təxminən 880 min ağac, eləcə də 2,5 milyondan çox kol və digər bitki əkilib. Layihəyə 2016-cı ildə start verilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məqsəd sıx tikililər, asfalt örtüyünün çoxluğu və yaşıllıq sahələrinin azalması nəticəsində yaranan "şəhər istilik adası" effektini azaltmaq idi. Bu problem yay aylarında küçələrin həddindən artıq qızmasına və sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olurdu. Mütəxəssislərin sözlərinə görə, ağaclar havanı iki əsas yolla sərinləşdirir.

Birincisi, kölgə yaradaraq yolları və binaları birbaşa günəş şüalarından qoruyur.

İkincisi, yarpaqlar vasitəsilə suyu buxarlandıraraq ətraf mühitin temperaturunu təbii şəkildə aşağı salır.

Aparılan araşdırmalar göstərib ki, genişmiqyaslı yaşıllaşdırma nəticəsində şəhərdə orta temperatur təxminən 2 dərəcə azalıb. Kölgəli ərazilərdə isə hava əvvəlki ilə müqayisədə 5 dərəcəyədək sərinləşib. Yeni yaşıllıq zolaqları təkcə istiliyi azaltmayıb.

Layihə hava keyfiyyətinin yaxşılaşmasına, səs-küyün azalmasına, quşlar və tozlandırıcı həşəratlar üçün yeni yaşayış mühitinin yaranmasına da töhfə verib. Eyni zamanda, piyada gəzmək və velosiped sürmək daha rahat və təhlükəsiz olub.

Bu gün Medellinin "Yaşıl Dəhlizlər" proqramı iqlim dəyişikliyinə uyğunlaşmanın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən mütəxəssislər şəhərin təcrübəsini öyrənərək artan temperatur şəraitində şəhərlərin daha yaşıl və yaşamaq üçün daha əlverişli hala gətirilməsinin yollarını araşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 İyul 2026 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri