9 ayda 1,5 milyon manat zərər ediblər
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 1,5 milyon manat xalis zərərlə başa vurub. Halbuki, kredit ittifaqları ötən ilin eyni dövründən 0,1 milyon manat mənfəətlə çıxmışdı.
"AzPolitika" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 5,9 % az), xərcləri 0,9 milyon manat (10 % az), xüsusi ehtiyatlara ayırmaları 2,2 milyon manat (3,7 dəfə çox) təşkil edib, mənfəət vergisi ödəmələri olmayıb (100 % azalıb).
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 10,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7 % azdır. Bunun 9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 18,9 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 7,4 % azalaraq 2,5 milyon manata, balans kapitalı isə 20,4 % azalaraq 8,2 milyon manata düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Oktyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















