Icma.az
close
up
RU
9 dan 6 ya iş rejimi ləğv olunur? "Flextime" və hibrid modelə keçə bilərik

9 dan 6 ya iş rejimi ləğv olunur? "Flextime" və hibrid modelə keçə bilərik

Icma.az bildirir, Bakupost portalına istinadən.


İşə başlama saatı əmək məhsuldarlığına və işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Erkən saatlarda işə başlamaq hər zaman daha səmərəli işləmək demək deyil. Yuxu çatışmazlığı, yorğunluq və yolda sərf olunan vaxt həm işçilərin fəaliyyətinə, həm də ümumi iqtisadi səmərəliliyə təsir edə bilər.

Hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova “Bakupost”a bildirib ki, işçinin daha erkən işə başlaması avtomatik olaraq onun daha məhsuldar olması demək deyil. Diqqət çatışmazlığı və zehni yorğunluq məhsuldarlığı azaldan əsas amillərdəndir. Nəticədə işçi eyni vaxt ərzində daha az keyfiyyətli iş görə bilər.

İqtisadçının sözlərinə görə, işçilərin eyni vaxtda yola çıxması pik saatlarda tıxacları da gücləndirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2022-ci il hesabatında da çevik iş qrafikinin məşğulluğa müsbət təsir göstərə biləcəyi vurğulanır.

Vüsalə Əhmədova qeyd edib ki, çevik iş qrafiki işçinin müəyyən edilmiş iş saatı normasını qorumaqla işə başlama və bitirmə vaxtını seçməsinə imkan verən modeldir. Bu, iş saatlarının azaldılması demək deyil. Məqsəd işin nəticəsini qorumaqla iş vaxtını və ya iş yerini daha səmərəli təşkil etməkdir.

İqtisadçı çevik iş rejiminin bir neçə formasının olduğunu bildirib. Bunlara “flextime” – işə başlama və bitirmə saatını müəyyən həddə qədər işçinin seçməsi, hibrid iş modeli – həftənin müəyyən günlərində ofisdə, digər günlərində evdən işləmək, məsafədən iş və sıxılmış iş həftəsi daxildir. Bu modellərdə həftəlik iş saatı dəyişməyə bilər, lakin işin təşkili fərqli formada qurulur.

Onun sözlərinə görə, bu modelləri bütün sahələrdə eyni dərəcədə tətbiq etmək mümkün deyil. İnformasiya texnologiyaları, bank və maliyyə, sığorta, marketinq və reklam, media, hüquq və konsaltinq, mühasibatlıq, onlayn təhsil və təlim kimi sahələr çevik iş rejimi üçün daha əlverişlidir. İstehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, səhiyyənin bir çox sahələri, polis, hərbi və fövqəladə xidmətlərdə isə bu rejimin tətbiqi daha çətin ola bilər. Çünki həmin sahələrdə onsuz da növbəli iş rejimindən istifadə edilir.

Vüsalə Əhmədova əlavə edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89–90-cı maddələrinə əsasən, normal iş vaxtı, ümumi qayda olaraq, gündə 8 saatdan, həftədə isə 40 saatdan artıq müəyyən edilə bilməz. Məcəllənin 95-ci maddəsinə görə, iş vaxtının başlanması və başa çatması, fasilələr və iş rejiminin digər elementləri daxili intizam qaydaları, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Bu müddəalar çərçivəsində işəgötürənlər müvafiq hüquqi tələblərə əməl etməklə iş saatlarını uyğunlaşdıra bilərlər.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Oktyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri