Icma.az
close
up
RU
9 gündə 14 ölüm: Naməlum epidemiya başladı

9 gündə 14 ölüm: Naməlum epidemiya başladı

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın Toskana bölgəsində, Arezzo əyalətində yerləşən kiçik Kastilyon-Fyorentino şəhəri 2026-cı ilin ilk günlərində kəskin və izahı çətin olan ölüm artımı ilə üzləşib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əhalisi 13 mindən az olan bu bələdiyyədə yanvarın 1–9-u aralığında 14 nəfər həyatını itirib.

Yerli sakinlər və şəhər rəhbərliyi ciddi narahatlıq keçirir. Çünki belə bir sıçrayış hətta COVID-19 pandemiyasının ən ağır dövrlərində belə müşahidə olunmayıb.

Məlumata görə, şəhərin meri Mario Anyelli bildirib ki, dəfn xidmətləri artıq fövqəladə rejimdə çalışır, mərhumlarla vida üçün nəzərdə tutulan məkanlar isə dolub.

“Miserikordiy ibadətgahında tabutların yerləşdirildiyi dörd yer tam dolmuşdu, daha iki cəsəd isə katafalkda gözləyirdi. Bəzi ailələr növbəyə dayanmağa məcbur qaldı... 12 illik fəaliyyətim ərzində belə bir vəziyyətlə qarşılaşmamışdım”, –  mer bildirib.

Merin sözlərinə görə, oxşar narahatedici dinamika Arezzo əyalətinin digər yaşayış məntəqələrində də nəzərə çarpır. Lakin Kastilyon-Fyorentinoda vəziyyət daha kəskin xarakter daşıyır.

Statistika baş verənlərin anomallığını daha da aydın göstərir: 2025-ci il ərzində şəhərdə ümumilikdə 133 nəfər ölüb. Bu isə indiki göstəricilərin qısa müddət üçün misli görünməmiş olduğunu təsdiqləyir.

Məsələni daha da ağırlaşdıran amillərdən biri də demoqrafik balanssızlıqdır. Belə ki, ötən il şəhərdə cəmi 74 uşaq doğulub və bu rəqəm eyni dövrdə ölənlərin sayından demək olar ki, iki dəfə azdır.

Hazırda ölüm sayındakı kəskin artımın səbəbləri rəsmi şəkildə müəyyən edilməyib.

Həyatını itirənlərin böyük hissəsi 80–90 yaş aralığında olan yaşlı insanlardır və onların bir qismi onkoloji xəstəliklərdən əziyyət çəkirmiş.

Bəzi şəxslərdə ölüm öncəsi qripə bənzər simptomlar müşahidə edilsə də, hadisənin virus xəstəlikləri və ya tibbi səhvlərlə əlaqəsinə dair təsdiqlənmiş məlumat yoxdur.

Hakimiyyət orqanları ehtimal edir ki, şəhər yaşlı əhali arasında təbii ölüm hallarının pik mərhələsi ilə üzləşə bilər. Bu vəziyyət mövsümi xəstəlik artımı fonunda, o cümlədən K qrip ştammı ilə əlaqəli ola bilər.

Mer Mario Anyelli regional sanitariya xidmətindən rəsmi izahat gözlədiyini bildirib və vətəndaşları tələsik nəticə çıxarmamağa, panika yaratmamağa çağırıb.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri