İsraildə seçkilərdə tarixi rekord Netanyahunun taleyi həll olunur
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsraildə keçirilən parlament seçkilərində seçici fəallığı rekord həddə çatıb.
Modern.az xəbər verir ki, “The Times of Israel” nəşrinin ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən yaydığı məlumata görə, yerli vaxtla saat 18:00-a qədər seçicilərin 66,7 faizi səs verib.
Bu, həmin saat üçün qeydə alınmış ən yüksək göstəricidir. Müqayisə üçün, 2022-ci ildə eyni vaxtda seçici fəallığı 57,7 faiz olmuşdu.
Artıq 4,8 milyondan çox seçici səsvermədə iştirak edib.
Seçkilər Baş nazir Benyamin Netanyahunun siyasi gələcəyi baxımından həlledici hesab olunur. Rəy sorğuları onun rəhbərlik etdiyi koalisiyanın parlamentdə çoxluğu itirə biləcəyini göstərir.
Netanyahunun əsas rəqibi keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 Oktyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















