Icma.az
close
up
RU
9 il əvvəl qətl törədərək meyiti kanala atan şəxslə bağlı qərar verilib

9 il əvvəl qətl törədərək meyiti kanala atan şəxslə bağlı qərar verilib

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ağcabədidə 9 il əvvəl qətl törətməkdə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum olunan Xəyyam Salahov yenidən məhkəməyə müraciət edib.

Gununsesi.info xəbər verir ki, məhkum apellyasiya məhkəməsinə müraciət edərək barəsində olan hökmün dəyişdirilməsini istəyib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub, şikayət təmin olunmayıb, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında Ağcabədi rayonunda baş verib.

İttihama görə, 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov 1956-cı il təvəllüdlü, xarici valyutanın alqı-satqısı ilə məşğul Valeh İsmayılovu yaşadığı Ağcabədi şəhərində boğaraq öldürüb, üzərində olan külli miqdarda pulu götürüb, meyitini su kanalına atıblar. Qətlin üstü xeyli sonra açılıb. V. İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

Qətli törətməkdə şübhəli bilinən Salahov Xəyyam Abdulla oğlu və Məmmədov Namiq Qurban oğlu 2016-cı ilin fevral ayında saxlanılıblar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyyam Salahov və Namiq Məmmədovun hər biri 19 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər məhkəmə instansiyaları hökmü qüvvədə saxlayıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see278

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see220

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see169

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see159

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see144

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see140

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see136

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see136

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see135

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see133

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see132

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see131

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see128

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri