Icma.az
close
up
RU
9 May Qələbənin kölgəsində qalan talelər

9 May Qələbənin kölgəsində qalan talelər

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bizim nəslə müharibə kəlməsi orta məktəb illərindən tanışdır. Bizlər böyüdükcə o zaman “Böyük Vətən müharibəsi” adlanan, dörd ilə qədər davam edən bir tarix haqqında bildiklərimiz də artırdı. Artıq xoşbəxt sovet insanları olsaq da, müharibə haqqında hələ də çəkilən filmləri izləməklə, yazılan əsərləri mütaliə etməklə, yaşadığımız quruluş görmədiyimiz qanlı bir faciəni yaddaşımıza həkk etməyi bacararaq, bizləri vətənpərvər kimi yetişdirə bildi. Və bu vətənpərvərlik hissini nəsildən nəslə çatdırmağımızdır ki, Azərbaycan oğulları görmədikləri nənə-baba torpaqlarını otuz ildən sonra onlara qaytardı.

Və bu gün 9 maydır, İkinci Dünya müharibəsində qələbədən 81 il ötsə də, bu tarix yaşayacaq və onu yaşadanlar da olacaq...

1941-ci ilin yay fəsli təzə başlayanda hər şeydən bixəbər insanların nə qədər arzuları, istəkləri, görəcək işləri vardı. Dinindən, milliyətindən asılı olamayaraq, repressiya adlı işgəncə dolu bir zamandan keçən insanlar düşünürdülər ki, həyat artıq axarına düşməkdədir. Lakin fələk yazdığını yazmışdı, çünki “Barbaros” onların həyatında təkcə hərbi əməliyyat olmadı. O, insanlığın yaddaşına çökən böyük bir qorxunun adına çevrildi. Tank səsləri torpağın deyil, insanların içindəki sakitliyi əzib yox etdi. Səmadan yağan bomba yağışı evləri darmadağın etsə də, ən böyük dağıntı insanların ruhunda oldu. Həmin gün insanlar anladı ki, müharibə çox soyuqdur, çox acdır və ən dəhşətlisi, çox mərhəmətsizdir.

Müharibə gələndə ilk ölən insan olmur... İlk ölən rahatlıq olur... Sonra inam... Həmin iyun ayının məşum günündə insanlar yuxudan oyananda gördülər ki, səma mavi rəngdə deyil. Sanki dünya bir gecənin içində qocalıb. Anaların üzündən gülüş silindi, çünki müharibə bir-bir qapıları döyməyə başladı. Kimsə yarımçıq qalan kitabın səhifəsini itirməmək üçün arasına zərif bir çiçək qoyub getdi, kimsə özü də bilmədən evinin pəncərəsindən son dəfə baxdı, kimsə də “tez qayıdaram” dedi və bir ömür qayıtmadı. O illərin insanları üçün zaman məktublarla ölçülməyə başladı. Məktub gəlirdisə, deməli, həyat davam edir. Gəlmirdisə, gözləyənlərin içində sanki şaxtalı qış başlayırdı.

Müharibə haqqında doğruları tarix kitabları yazmadı... Ən doğrunu yazan illərlə sandıqlarda qorunan məktublar, saralmış şəkillər və qapısı döyülməyən evlər yazdı. Və müharibə yalnız səngərlərdə olmur. Bir ananın ömrünün sonuna qədər pəncərəyə dikilən baxışları müharibənin gerçək üzüdür. O illərin insanları çox danışmadı, ağırılarını içində daşıdı, çünki onlar bir ömrə sığmayacaq qədər itki görmüşdülər.

Müharibə böyüdükcə, o, arxa cəbhədə nəfəs alan hər kəsin taleyinə çevrilmişdi. Həmin illərdə Bakı artıq sadəcə bir şəhər deyildi, o, müharibənin görünməyən ürəyi idi. Bakı qələbəyə nəfəs verən bir şəhər oldu. Müharibə illərində hasil edilən neftin böyük hissəsi Azərbaycana aid idi. Hitlerin “Qafqaza yürüş” planının əsas məqsədi də Bakı neftinə nəzarət eşqindən doğmuşdu. O zaman heç kəs düşünmürdü ki, sonralar tarixçilər yazacaqdılar: “Bakı nefti olmasaydı, müharibənin gedişi tam başqa cürə ola bilərdi”. SSRİ-nin 15 respublikasından biri olan Azərbaycandan İkinci Dünya müharibəsində 700 min insan iştirak edib ki, onlardan 300 mini geri qayıtmayıb. Nəzərə alınsa ki, o dövrdə Azərbaycan əhalisinin sayı indiki qədər olmayıb, deməli, bu rəqəm müharibənin hər qapını döyməsinin göstəricisidir.

1945-ci ilin bu günü küçələr qələbə sevincinə bürünmüşdü. Lakin qələbənin də öz kədərləri var. Çünki hər sevincin arxasında adı çəkilməyən bir boşluq olur. İnsanlar sevinsə də, həmin gün çox qapılar açılmadı, itkisi olan analar göz yaşlarını saxlaya bilmədi.

Həmin o may günündə müharibə bitsə də, gecələr yuxudan qorxuyla oyanan insanların yaddaşında çox yaşadı. Və...

...Və zaman keçir... Şəhərlər böyüyür... İnsanlar dəyişir... Amma dəyişməyən bir şey qalır — müharibə həmişə insanın içində ən səssiz yeri yaralayır və olduğu kimi qalır. Biz bunu yaşadıq da, gördük də...

Ey insanlar, Tanrı bu dünyanı bizə dağıtmaq üçün bəxş etmədi. Gəlin dünyamıza qıymayaq. Dünya qoruyub saxladığımız xatirələrin, itirdiyimiz insanların, hələ yaşanmamış sabahların adı və uşaq gülüşlərinin gələcək səsidir.

Tamilla M-zadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 09 May 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri