Icma.az
close
up
RU
“Böyük Qələbənin varisləri”

“Böyük Qələbənin varisləri”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Kitab faşizm üzərində Qələbənin 80 illik yubileyinə həsr olunub

Məlumdur ki, MDB həyatında İkinci Dünya müharibəsi çox böyük iz buraxıb. Və bu müharibənin iştirakçılarına, xüsusən qəhrəmanlarına orada xüsusi sayğı göstərilir. Hətta həyatda olanların sayları azaldıqca bir növ onlara daha çox müqəddəs insan kimi baxırlar. Bu il faşizm üzərində Qələbənin 80 illiyidir. Bu Qələbədə Azərbaycanın, eləcə də azərbaycanlıların da payı var deyə, “Böyük Qələbənin varisləri” kitabını yazmaqla bu müharibənin qəhrəmanlarının xaricdə təbliği üçün yola çıxmışıq. Onların həyatı, göstərdikləri qəhrəmanlıqlar, ümumiyyətlə, döyüş yolu hər zaman aktualdır. Hətta indiki günlərdə gənclər arasında milliyyətindən asılı olmayaraq qəhrəmanların təbliğinə çox böyük ehtiyac var. Bu gün xaricdə ata və babaları müharibə veteranı olan soydaşlarımız var. Və onlar uzun müddətdir yaşadıqları ölkələrin ictimai-siyasi həyatında aktivlik göstərir, Azərbaycanın qəhrəmanlarının təbliği istiqamətində çalışırlar.

Bunu “Xalq Cəbhəsi”nə kitabın müəllifi Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinn sədri Fuad Hüseynzadə deyib.

O, aqeyd edib ki, azərbaycanlılar nəinki Vətənlərinə, ümumiyyətlə, dünyaya töhfə verməyi bacarırlar. Bu baxımdan da Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edir. 44 günlük Vətən müharibəsinin qəhrəmanları da elə Həzi Aslanovların, Mehdi Hüseynzadələrin, İsrafil Məmmədovların və digər yüzlərlə bu kimi mübariz həmvətənlərimizin nəvə-nəticələridir. Bu kitabda da hər iki Vətən müharibəsinin qəhrəmanları sintezli şəkildə təqdim edilməklə qəhrəmalığın xalqımızın gentikasına xas olması göstərilib. Bu, bir növ insan kapitalı üzərində brendləşməyə xidmət edəcək. Müharibədə şüacət göstərən azərbaycanlıları beynəlxaq ictimaiyyətin nəzərinə çatdırımaqa bildirmək istəyirik ki, Azərbaycanın brendi onun insan kapitalıdır, qəhrəmanlarıdır...

Kitabın çapı xaricdə ən üst səviyyədə Azərbaycan adına tədbirlərin keçirilməsi, qəhrəman Vətən övladlarının tanıtımı üçün geniş imkanlar yaradacaq. Bu da Azərbaycan diasporunun xüsusən MDB-də yeni imicinin formalaşmasına, nüfuzunun yerli xalq arasında daha da artmasına əhəmiyyətli dərəcədə təsir edəcək: “Azərbaycanın Böyük Vətən Müharibəsindəki rolu haqqında olan bu kitab müharibə dövründə Azərbaycanın müxtəlif sahələrdəki fəaliyyətini, həmçinin xalqın müharibəyə verdiyi töhfələri əhatə edir. Kitab müharibə dövründə Azərbaycanın ictimai-siyasi, iqtisadi, hərbi və mədəni sahələrdəki iştirakını nəzərə alır. Kitabda Azərbaycanın Böyük Vətən Müharibəsindəki rolu və əhəmiyyəti, müharibənin nəticələri və Azərbaycanın gələcək inkişafına təsiri, Azərbaycanın müharibə irsinin qorunması və yeni nəsillərə ötürülməsi məsələlərinə toxunulub. Kitabda Azərbaycanın Böyük Vətən Müharibəsi haqqında şahid ifadələri və xatirələr də yer alıb. Kitab, Azərbaycanın müharibə dövründəki çoxşaxəli fəaliyyətini və xalqın müharibəyə verdiyi böyük töhfəni ətraflı şəkildə işıqlandırıb.

Kitabda Azərbaycan xalqının İkinci Dünya müharibəsdində mübarizənin ön sıralarında yer aldığı vurğulanır. Həmçinin azərbaycanlılar təkcə cəbhədə deyil, həm də müxtəlif müharibə sahələrində - qoşunların təşkilində, ərzaq və hərbi avadanlıqların istehsalında və təminatında fəal iştirakı qeyd olunur. Bundan başqa 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin amili xüsusi vurğulanır: “Bakı neftinin müharibədəki rolu, Azərbaycanın strateji əhəmiyyətini artırmaq və müharibənin tarixi kontekstini düzgün əks etdirmək üçün mühüm bir mövzudur. Bakı nefti 20-ci əsrin əvvəllərindən etibarən strateji əhəmiyyət kəsb etmişdir. Müharibə zamanı Bakı neftinin rolu, müasir silahlı qüvvələrin maliyyə, logistika və texniki dəstəyi üçün kritik bir amil olmuşdur. Müharibə dövründə Azərbaycanda neft hasilatı artırılmış, bu neft Sovet qoşunlarının hərbi maşınlarını, tanklarını, təyyarələrini və gəmi donanmasını təmin etmək üçün istifadə olunmuşdur.

Bütün çətinliklərə rəğmən, neftçilərimiz müharibə dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında danışarkən demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”.

Qeyd olunub ki, müharibə dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu”.

Kitabda İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara və onların ailələrinə ölkəmizdə daima qayğı göstərildiyi bildirilir: “Ümummilli lider Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu qayğı öz hüquqi əsasını tapmışdır. Dahi rəhbər daim veteranların qayğılarına həssaslıqla yanaşaraq, bu istiqamətdə müvafiq göstərişlərini vermişdir. Müharibə veteranlarına diqqət və qayğı bu gün də davam etdirilir. Hər il Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyev müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb: “9 May-Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir.

Azərbaycan Böyük Vətən Müharibəsində həm döyüşlərdə, həm də cəbhə arxasında verdiyi mühüm dəstəklə Qələbədə böyük rol oynamışdır. Azərbaycan xalqının müharibə dövründəki igidlikləri, fədakarlığı və əzmi unudulmazdır”.

Kitabda müəllif “Mübariz xalqın cəsur oğulları” sərlövhəli yazıda öz doğmalarının da İknci Dünya müharibəsi və Qarbağ müharibəsində göstərdiyi şücaətdən bəhs edir: “Fəxr edirəm ki, Böyük Vətən müharibəsində mənim də yaxınlarım, doğmalarım iştirakçı olublar. Ümumiyyətlə, həmin dövrdə bütün Azərbaycan əhalisi müharibəyə səhərbər olunmuşdur. Arxa cəbhədəki insanlar da özlərini müharibənin mənəvi iştirakçıları hesab edərək əllərindən gələni edirdilər. Səhərbərlik nəticəsində 600 mindən çox azərbaycanlı cəbhəyə yollanmışdı, amma arxa cəbhədəki soydaşlarımız da müharibə ilə bağlı çox mühüm işlər görürdülər. Hər kəsin hədəfi cəbhəyə yardımlar göndərmək, əsgərlərin ehtiyaclarını təmin etmək və onların döyüşə hazırlıqlarını dəstəkləmək idi.

Babam Allahverdi Abdin oğlu Hüseynov (1897-1978) yaşlı olmasına baxmayaraq, müharibə illərində cəbhədə iştirak etmişdir. Müharibənin ilk günündən sonuna kimi bu aktivliyinin davam etirmişdir. Babamın bu müharibə illərindəki əməyi haqqında atam Abı Hüseynov (1950-2016) bizə çox böyük fəxr hissi ilə danışırdı. Hər dəfə babamın müharibə dövründə göstərdiyi fəaliyyətləri atamdan eşitdikcə, biz qürur duyurduq”.

Kitabda Azərbaycanın müharibəyə verdiyi töhfələr, xalqın ictimai-siyasi, iqtisadi, hərbi və mədəni sahələrdəki iştirakının əhəmiyyəti geniş şəkildə təhlil olunur. Burada əsasən Böyük Qələbənin varisi olan xaricdəki azərbaycanlıların qəhrəman ata-babalarının həyatı və döyüş yolu xüsusi olaraq təqdim edilir. Kitab, həmçinin tarixi yaddaşı və müharibə irsini gələcək nəsillərə ötürmək və qəhrəmanların təbliğinə töhfə vermək məqsədi daşıyır. Eyni zamanda, kitab qəhrəmanlıq irsinin davam etdirilməsi üçün gələcək nəsillərə nümunə kimi təqdim edilməsinə xidmət edir. “Bu günkü gənclər babalarının qəhrəmanlıq mirasını davam etdirir. Azərbaycan xalqı məhz dövlətimizin apardığı vətənpərvərlik və patriotizm tərbiyəsinin nəticəsində Şanlı Zəfərə çatmışdır. Babalarımızın Böyük Vətən müharibəsində, atalarımızın Birinci Qarabağ savaşında göstərdikləri qəhrəmanlıqları özünə örnək götürən qəhrəman Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan tarixi Zəfər qazandı.

Biz fəxr edirk ki, babalarımız, atalarımız, dayılarımız və əmilərimiz və s. hər iki Vətən müarbəsində qəhrəmanlıq göstərmiş, ön cəbhələrdə döyüşmüşlər. Bu bizim üçün böyük fəxrdir və hər bir azərbaycanlı üçün öz doğması ilə müharibədə göstərdiyi fədakarlığı təqdir etmək çox önəmlidir. Mən də müharibə iştirakçı olan doğmalarımla qürur duyuram.

Bu tarixi təcrübə öz suverenliyini bərpa etməyə, ərazi bütövlüyünü müdafiə etməyə qadir olan Müstəqil Azərbaycan vətəndaşları üçün bu gün də öz əhəmiyyətini itirməyib!”-deyə kitabın sonunda qeyd olunur.

Xatırladaq ki, kitab artıq ölkənin bir sıra kitabxanalarına yayılıb. May ayının 5-də Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib. Tədbirdə ölkə ictimaiyyətinin nümayəndələri, hərbiçilər, qazilər və s. iştirak edərək kitabın əhəmiyyətini qeyd ediblər. Yeri gəlmişkən, kitabın may ayında Rusiyanın Moskva, Bryansk, Krasnoyarsk və Maqadan şəhərlərində, iyul ayında isə Belarusun Vileyka şəhərində təqdimatı nəzərdə tutulub.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 May 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see129

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see120

Bu bürcə XƏBƏRDARLIQ

22 İyun 2025 22:53see119

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see119

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see118

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see117

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see116

Bakıda toyda DAVA

22 İyun 2025 20:11see115

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see114

Polis niyə maşının arxa farasına toxunur? Bu hərəkət həyatı xilas edə bilər

22 İyun 2025 22:10see114

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see114

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see114

ABŞ müdafiə naziri hücum təfərrüatlarını AÇIQLADI: 125 təyyarə ilə...

22 İyun 2025 16:46see114

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see113

Daha tez xarab olurlar: 3 çox etibarsız avtomobil

22 İyun 2025 20:11see113

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see113

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see112

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see112

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri