Icma.az
close
up
RU
9 May Qələbənin qazanılmasında Azərbaycanın tarixi rolu

9 May Qələbənin qazanılmasında Azərbaycanın tarixi rolu

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

9 May — Faşizm üzərində Qələbə Günü dünya tarixində önəmli günlərdən biridir. Bu gün 1945-ci ildə İkinci Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyəti və dünya xalqlarının azadlıq uğrunda birgə mübarizəsinin qələbəsi ilə yadda qalıb. Qələbə Günü müharibədə canını fəda edən milyonlarla insanın xatirəsini yad etmək, sülhün və təhlükəsizliyin dəyərini bir daha xatırlamaq üçün mühüm bir gündür.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycandan 600 minə yaxın insan iştirak edib, onlardan təxminən 300 mini qəhrəmancasına həlak olub:

“Həmvətənlərimizdən 130-dan çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çoxu isə müxtəlif orden və medallarla təltif olunmuşdur. Azərbaycanlılardan ibarət altı milli diviziya formalaşdırılmış və bu diviziyalar Qafqazdan Berlinədək bütün cəbhələrdə qəhrəmanlıqla vuruşmuşdur. Hətta Berlinin özündə küçə döyüşlərində belə iştirak etmiş, Qırmızı bayrağı Berlində sancan azərbaycanlılar olmuşdur”.

Millət vəkili Azərbaycan xalqının arxa cəbhədə də böyük fədakarlıq göstərməsindən bəhs edib:

“Elə bir ailə, elə bir kənd olmayıb ki, cəbhə üçün əlindən gələni etməsin. Müharibə zamanı istifadə olunan yanacağın 85-90 faizi məhz Azərbaycanın, xüsusən də Bakının nefti olub. Bu neftin hesabına minlərlə tank və təyyarə düşmənə qarşı mübarizədə istifadə edilib və qələbənin qazanılmasında mühüm rol oynayıb. Bu gün də müharibə veteranlarına dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir və bu siyasət davam etdirilir. Ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, onlar bizim “qızıl fondumuz”dur. Bu, yalnız Azərbaycan xalqı tərəfindən deyil, bütün MDB məkanında da qəbul olunan bir həqiqətdir ki, Bakının, Azərbaycanın və Azərbaycan vətəndaşlarının İkinci Dünya müharibəsindəki qələbədə danılmaz rolu var. Bu barədə beynəlxalq kürsülərdən dəfələrlə bəhs edilib”.

44 günlük Vətən müharibəsində də Azərbaycan xalqının alnı açıq, başı uca çıxdığını vurğulayan A. Nağıyev, bu dəfə də sanki ulu babalarımızın ruhunun qalib əsgərlərimizin üzərində olduğunu qeyd edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Böyük Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığının bu günə qədər dillər əzbəri olduğunu söyləyib:

“Üç milyonluq əhalisi olan Azərbaycandan 600 min insan döyüşlərdə iştirak etməsi, 300 min nəfərin, yəni hər iki nəfərdən birinin müharibədə həlak olması Azərbaycan əsgərinin döyüşlərdə böyük şücaət göstərdiyini, ən çətin tapşırıqları yerinə yetirdiyini və daim ön cəbhədə olduğunu sübut edir. Azərbaycan xalqı öz igid oğullarının fədakarlığını hər zaman yüksək qiymətləndirib. İstər SSRİ dönəmində, istərsə də müstəqillik qazandıqdan sonra müharibə iştirakçılarına cəmiyyət və dövlət tərəfindən böyük diqqət göstərilib. Onlar daim ictimaiyyət tərəfindən tanınıb, qəhrəmanlıqları mətbuatda işıqlandırılıb və məişət şəraitlərinin yaxşılaşdırılması üçün dövlət qayğısı ilə əhatə olunublar”.

A.Mirzəzadə Böyük Vətən müharibəsində göstərilən bu qəhrəmanlıq ənənəsinin sonrakı dövrlərdə də davam etdirilməsindən söz açıb:

“Azərbaycan əsgərləri Birinci Qarabağ müharibəsində, xüsusilə də 2020-ci ildəki Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş bir günlük antiterror əməliyyatında da eyni igidliyi və vətənpərvərliyi nümayiş etdiriblər. Babalarımızın göstərdiyi şücaət, onların misilsiz igidliyi bu gün Azərbaycan gəncləri üçün böyük bir örnəyə çevrilmişdir. Bu qəhrəmanlıq ənənəsi gələcək nəsillərin də vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayacaq. Həm Böyük Vətən müharibəsində, həm də Qarabağ savaşlarında şəhid olan hər bir igidimizin xatirəsi xalqımızın qəlbində daim əziz tutulacaqdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 May 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri